Tayland

2019-cu ildə Tailanda 39 milyondan çox turist səfər edib, bu, yeni milli rekorddur.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Turizm və İdman Nazirliyinə istinadən Tailandın “On birinci” milli telekanalını bildirib.

Turizm və idman naziri Phiphat Ratçakitprakan müşavirədə ölkəyə səfər edən turistlərin çoxaldığını qeyd edib.

Başa çatan həftədə alınmış son məlumatlara görə, 2019-cu ildə Tailanda baş çəkmiş xarici turistlərin sayı 39 milyon nəfəri ötüb“, – deyə nazir bildirib. Telekanal qeyd edib ki, bu, rekord göstəricidir.

Nazirliyin məruzəsində qeyd edilir ki, bu il Tailandın sərhədini keçmiş 39 milyonuncu turist Rusiya vətəndaşı olub.

Daha əvvəl hesab edilirdi ki, cari ildə ölkədə belə artım olmayacaq, çünki ilin ikinci yarısında Tailanda gələn Çin turistlərinin sayı azalıb. Onlar adətən xarici qonaqların 59 faizdən çoxunu təşkil edirlər.

Tailanda Yeni ilə sayılı günlər qalmış hər gün 140 min turist gəlir. Nazirlikdə hesab edirlər ki, bu il son rəqəm 39,6 milyon turist səviyyəsində ola bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin