Ev Turizm Xəbərləri Bu ölkədə turistlərə pulsuz SİM kartlar veriləcək

Bu ölkədə turistlərə pulsuz SİM kartlar veriləcək

Sim kart

İyunun 15-dən başlayaraq Tacikistana gələn turistlərə pulsuz SİM kartlar təqdim olunur.

Trend-in məlumatına görə, bu cür SİM kartlar 100 dəqiqə pulsuz danışıq100 meqabayt internet təqdim edir. Eləcə də 10 gün müddətində işləyir.

Qeyd olunur ki, bu layihə Tacikistan Daxili İşlər Nazirliyinin turizm milisi ilə Tcell milli mobil operatoru arasındakı razılıq əsasında icra edilir.

SİM kartları turistlər Düşənbə hava limanının turizm milisi şöbəsində, eləcə də bütün sərhəd məntəqələrində əldə edə bilərlər.