Ev Aviabiletlər Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

Artıq birbaşa uçuçaqsınız

Gələn ildən bəzi xarici ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, martın 2-dən Birləşmiş Ərəb Əmirliyinin “Etihad Airways” şirkəti Əbu-Dabi – Bakı istiqamətində uçuşlar həyata keçirəcək. “Artıq bu istiqamət üzrə bilet satışına başlanılıb”.

Nahid Bağırov
Nahid Bağırov

N.Bağırov qeyd edib ki, gələn il iyun ayından İsrailin “Arkia” aviaşirkəti də Bakıya həftədə 3 dəfə olmaqla, birbaşa aviareys yerinə yetirməyi planlaşdırır.

Assosiasiya sədri qeyd edib ki, hazırda Polşadan Bakıya birbaşa uçuşların həyata keçirilməsi üçün danışıqlar aparılır: “Artıq uşuçların yerinə yetirilməsi üçün razılıq əldə edilib. Uçuşların gələn il iyun ayından başlayaraq, həftədə 2 dəfə həyata keçirilməsi planlaşdırılır”.

N.Bağırov bu reyslərin Azərbaycanda turizmin inkişafına təkan verəcəyini söyləyib.