Koreya

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya bir çox məsələdə digər dövlətlərdən fərqlənir.
Primetime.az xəbər verir ki, səyahət etmək və turistlər üçün nəzərdə tutulan ərazilərdən kənarda foto çəkmək çox çətin olan ölkənin bu baxımdan çox böyük bir sirri var.
Xaricdən gələn insanların yalnız əvvəlcədən təyin edilmiş yerləri görə bildikləri Şimali Koreya, tez-tez paytaxtı Pxenyanın memarlığı ilə gündəmə gəlir. Şimali Koreyanın paytaxtı, böyük göydələnləri və geniş bulvarları, demək olar ki, heç bir tıxacı olmayan Pxenyan, turistlərin görə biləcəyi bölgələrdən biridir.

Koreya

Koreya əsrlər boyu mövcud olmuş və zaman-zaman işğal edilmiş bir ölkə idi. İkinci Dünya Müharibəsindən sonra baş verən müharibədə Cənubi və Şimala bölünmüş yarımadada gərginlik azalmadan davam edir.
Təxminən 3,5 milyon insanın yaşadığı Şimali Koreyanın paytaxtı Pxenyan geniş küçələri və hündür binaları ilə diqqət çəkir. Taedong çayının ikiyə bölündüyü Pxenyan geniş bir düzənlik üzərində qurulub.

Cənubi Koreya vətəndaşlarının Şimali Koreyaya girişi də praktiki olaraq qadağandır. 1953-cü ildə müharibə başa çatdıqdan sonra pərən-pərən düşən ailələrin dramı bu gün də davam edir.
Paytaxt Pxenyanın olduğu və müharibə baş verən yerlərin ziyarət edildiyi Şimali Koreyada icazəsiz foto çəkmək böyük problemlərə səbəb ola bilər.

Koreya

Şimali Koreyada bilməli olduğunuz digər bir məqam, yerli insanlarla quracağınız münasibətlərdir. Əcnəbilərin yerli xalqla yaxın münasibət qurması onlara şübhəli gəlir.Şimali Koreyaya səfərlər zamanı xarici dil bilən nümayəndələr ilə turizm bürosuna baş çəkdiyiniz üçün yerli sakinlərdən biri ilə əlaqə qurmaq ehtimalınız azdır. Şimali Koreyalılara turistlərlə ünsiyyət qadağandır. Turistlərin xalqa bir sual verməsi də qadağandır.



BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin