Ev Turizm Xəbərləri Bu şəhərdə suvenir satışı qadağan edildi

Bu şəhərdə suvenir satışı qadağan edildi

suvinir

Romada məşhur tarixi turist yerlərinin yaxınlığında suvenir, içki və fastfud satışı qadağan edilib.

“İnterfaks”ın məlumatına görə, bu, “overturizm”lə mübarizə məqsədilə atılan addımdır.

Roma rəhbərliyi kütləvi turizmlə mübarizə aparmaq məqsədilə radikal addım atıb. İndi İspan pilləkəni, Panteon, Trevi fəvvarəsi kimi məşhur yerlərin ətrafında suvenir, içki və fastfud ticarəti mümkün olmayacaq.

Qeyd edək ki, ən məşhur yerli suvenirlər arasında Roma papasının fiquru, Kolizey, qladiator dəbilqəsi kimi heykəlciklər və maqnitlər yer alıb. Orta hesabla Romada suvenirlərin qiyməti digər Avropa şəhərlərindən daha ucuzdur və turistlərin diqqətini daha çox çəkir.

Suvenir satışı ilə məşğul olan şəxslərə alternativ yerlər təklif olunub. Lakin onların çoxu bu qərarla razı deyil.

Roma çoxdandır aşırı turist əlindən əziyyət çəkən şəhərlər arasındadır. Buna görə, şəhər rəhbərliyi tez-tez turistlərlə bağlı oxşar qərarlar qəbul etməli olur.