Ev Turizm Xəbərləri Ukraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər

Ukraynalı politoloq: Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər

Ukrayna

Bəzi erməni kütləvi informasiya vasitələrində Krımdan Ermənistana ilk “beynəlxalq uçuş”un başlanması barədə məlumat yayılıb.

Bildirilib ki, ilhaq edilmiş yarımadanın turizm, kurortlar və idman komitəsinin sədri Aleksey Çernyak Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) 2020-ci ildə Simferopol (Krım) və Yerevan (Ermənistan) hava limanları arasında aviaəlaqənin açılmasını razılaşdırdığını bildirib.

“Cari ilin mart ayından Krım və Ermənistan arasında müntəzəm aviareyslərin başlanması planlaşdırılır. “İkar” aviaşirkəti artıq müntəzəm uçuşlar üçün “Rosaviasiya”dan müvafiq icazə və təsdiq alıb. İndi məsələ, o cümlədən, uçuş cədvəlləri və hava limanları ilə razılaşmalar baxımından hazırlıq və razılaşdırma mərhələsindədir.

Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır. Daha sonra isə tələbatdan asılı olacaq, lakin həftədə yeddi dəfədən artıq olmayacaq”, – Çernyak bildirib.

Qeyd etmək lazımdır ki, Simferopol-Yerevan reysinin başlanmasına dair informasiyanın rəsmi təsdiqi yoxdur.  

Ukraynalı diplomat və politoloq Vadim Tryuxan  bildirib ki, Rusiya üçün Krım hava limanları və Sevastopoldan müntəzəm birbaşa beynəlxalq aviaəlaqələrin təşkil olunması – prinsip məsələsidir:

“Ənənəvi olaraq Rusiyaya yönələn Ermənistan çətin ki, belə bir təhlükəli presedentin yaradılmasına getsin. Düşünürəm ki, ukraynalı diplomatlar Ermənistan rəhbərliyinə belə bir hipotetik qərarın faydalarının onun mümkün nəticələrilə nisbətdə müqayisəolunmaz şəkildə az olacağını izah edə biləcəklər.

Bu yaxınlarda Ukraynanın İrəvandakı səfirliyinə təcrübəli ukraynalı diplomat – İvan Kuleba rəhbərlik edib.

“Ukraynada gözəl bilirlər ki, Rusiya öz maraqları naminə bu yarımasılı ölkədən istifadə etməyə çalışacaq. Buna görə də bu və buna bənzər vəziyyətlərdə Ukrayna qabaqlayıcı tədbirlər görəcək”, – o bildirib.

Politoloq qeyd edib ki, Simferopol və Yerevan arasında birbaşa aviaəlaqələr ilk dəfə hələ 2014-cü ilin oktyabrında anons edilib. Lakin hər şey əvvəlki kimidir.

Öz növbəsində ukraynalı siyasi ekspert Petro Oleşçuk Oxu.Az-a bildirib ki, Krımdan Ermənistana aviareysin açılması informasiya tullantısından başqa bir şey deyil:

“Aydındır ki, bu növbəti informasiya tullantısıdır. Yerevan-Krım aviareysinin açılması barədə şayiələr artıq 2019-cu ilin dekabrında aktiv şəkildə tirajlanırdı. Ancaq nəticədə, Ermənistanın Baş nazirinin Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi məlumatların həqiqəti əks etdirmədiyini bildirdi.

Öz növbəsində Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib ki, göstərilən Rusiya şirkəti ilə belə müzakirələr aparılmayıb, Krım istiqamətinin açılması üçün müraciətlər daxil olmayıb.

Ekspert onu da qeyd edib ki, Ermənistan aviaəlaqəni yaratmaq qərarına gəlsə, bu zaman Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər.

Ukraynalı politoloq hər şeyə baxmayaraq Ermənistanın Krımla aviaəlaqə yaratmaq qərarının qəbul edilməsi ilə bağlı özünə hesabat verəcəyinə ümid etdiyini, əks halda rəsmi Yerevanın mümkün fəsadlarla qarşılaşa biləcəyini bildirib.

“Ancaq hazırda əminliklə deyə bilərəm ki, bu, “saxtadır”, – ekspert fikrini tamamlayıb.