Ev Gəzməli yerlər Cəbhə bölgəsində yeni otel açıldı – QİYMƏTLƏR, ŞƏRAİT

Cəbhə bölgəsində yeni otel açıldı – QİYMƏTLƏR, ŞƏRAİT

Yeni otel Qarabağ oteli

Azərbaycanın cəbhə bölgəsinin yaxınlığında, bir hissəsi işğal edilmiş Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindəki “Qarabağ Hotel”i müştərilərə xidmətini təklif edir.

23 nömrəsi olan hoteldə 70 qonaq yerləşə bilər. Hoteldə 2 nəfərlik “standart” nömrələrdən tutmuş 6-7 nəfərlik böyük ailələrin yerləşəcəyi iki otaqlı lüks nömrələr də var. İki mərtəbəli hotelin yuxarı mərtəbəsindəki otaqlar eyvanlıdır.

Olduqca gözəl təbiəti və əla havası olan ərazidə yerləşmiş “Qarabağ Hotel”ində qonaqların qalması və vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait yaradılıb.

Belə ki, nömrələrin hamısı vanna otağı, kondisioner, televizor və soyuducu ilə təmin edilib. Hoteldə pulsuz Wi-Fi var.

Otaqlarda gecələmə qiyməti 2 nəfərlik nömrə üçün 40 manat, 3 nəfərlik nömrə 50-60 manat, 4-5 nəfərlik iki otaqlı nömrə üçün 100 manat, 6-7 nəfərlik iki otaqlı böyük nömrə üçün isə 120 manatdır. Lüks və iki otaqlı nömrələr əlavə yumşaq mebel (divan-kreslo) və jurnal masası ilə təmin ediliblər.

100-120 manatlıq nömrələrin ödənişinə səhər yeməyi də daxildir. Digər müştərilər üçün isə səhər yeməyi adambaşına 3-5 manatdır.

Hotelin həyətindəki restoranda kabinetlər və açıq havada masalar var. Kabinetlər müştərilərin rahatlığı üçün bütün lazımi şərait, o cümlədən televizor və kondisionerlərlə təmin edilib.

“Qarabağ Hotel”in həyətində uşaqlar üçün atraksionlar, fəvvarələr və şəlalələr var. Yaxın vaxtlarda hoteldə hovuz, türk hamamı, fitnes zalı, eləcə də, futzal və futbol meydançaları da müştərilərin istifadəsinə veriləcək.