Ev Turizm Xəbərləri Çexiyada alkoqollu içkilərə qarşı kampaniya start götürüb

Çexiyada alkoqollu içkilərə qarşı kampaniya start götürüb

İçkilər

İçməmək normal haldır”. AZƏRTAC xəbər verir ki, bu həftə Çexiyada məhz bu şüarla yeni kampaniya başlayıb. Ölkə hökuməti tərəfindən dəstəklənən və sponsorlaşdırılan kampaniyanın məqsədi bu Mərkəzi Avropa ölkəsinin vətəndaşları arasında alkoqoldan istifadə və nəticə etibarilə sui-istifadə səviyyəsini azaltmaqdır. Lakin Çexiya xəzinəsinə gəlirlərin xeyli hissəsi “pivə turizmindən” daxil olur.

Səhiyyə Nazirliyindən jurnalistlərə bildiriblər ki, kampaniya Çexiya vergiödəyicisinə təqribən 80 min avroya başa gələcək.

Son illər alkoqoldan istifadənin azalması meylinin müşahidə olunmasına baxmayaraq, bu problem ölkənin sosial gündəliyinin ən mühüm məsələlərindən biri olaraq qalmaqdadır. Yaşlı çexlərin təqribən 5 faizi hər gün alkoqol qəbul edir. Onlar arasında hər altı nəfərdən biri ifrat dərəcədə içir.