PAYLAŞ
Ay festivalı

Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı günlərində ölkə daxilində 105 milyon turist səfəri qeydə alınıb.

AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu il sentyabrın 13-15-nə təsadüf edən bayram günlərində qeydə alınan turist səfərlərinin sayı ötənilki bayramla müqayisədə 7,6 faiz çoxdur. Festival günlərində ölkədaxili turizm dövriyyəsi ötən ilin göstəricisi ilə müqayisədə 8,7 faiz çoxalaraq 47,28 milyard yuana (təxminən 6,7 milyard ABŞ dolları) çatıb. Bayram günlərində Çinin müxtəlif şəhərlərində təşkil olunan irimiqyaslı şənliklərdə, xüsusi mərasimlərdə yüz minlərlə sakin iştirak edib. Şanxay, Sian, Çunçin, Siamen və Çendu bayram günlərində çinlilərin üstünlük verdiyi şəhərlərdən olub.

Qeyd edək ki, şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu bayram həmrəylik xarakteri daşıyır. Ailə üzvlərinin, qohumların, doğmaların bu bayramı birlikdə qeyd etməsi ənənəsi Çində neçə yüz ildir davam edir.