Ev Turizm Xəbərləri Çində “Qızıl həftə”də 782 milyon səyahət qeydə alınıb

Çində “Qızıl həftə”də 782 milyon səyahət qeydə alınıb

Qızıl həftə

Çin Xalq Respublikasının (ÇXR) yaranması günü münasibətilə 7 günlük bayram tətili günlərində ölkə daxilində təxminən 782 milyon turist səfəri qeydə alınıb.

AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən il eyni bayram günlərində qeydə alınmışdır. Səfərlərin sayından 7,81 faiz çoxdur. Bayram günlərində ölkənin turizm sektorunda dövriyyə 650 milyard yuana (təxminən 90,94 milyard ABŞ dolları) çatıb. Bu da ötən il üçün olan göstəricidən 8,47 faiz çoxdur.

Nazirliyin statistikasına əsasən, bu il Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü ilə əlaqədar yerli turistlər daha çox “Qırmızı turizm”, yəni, kommunist inqilabı mövzusuna daha çox maraq göstəriblər. Belə ki, turistlərin 80 faizə yaxını ÇXR-in yaranmasının 70-ci ildönümü ilə əlaqədar ölkənin müxtəlif yerlərində təşkil olunan tədbirlərdə iştirak ediblər.

“Qızıl həftə”də xaricə 7 milyon səyahət qeydə alınıb.