Ev Turizm Xəbərləri Covid-19: Koronavirus təkcə birinci rübdə aviaşirkətlərə təqribən 5 milyard avro ziyan verə...

Covid-19: Koronavirus təkcə birinci rübdə aviaşirkətlərə təqribən 5 milyard avro ziyan verə bilər

aviaşirkətlər

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) hesablamalarına görə, aviaşirkətlər koronavirus epidemiyasına görə birinci rübdə 5 milyard dollar (4,6 milyard dollar) ümumi əməliyyat gəliri itirə bilərlər.

AZƏRTAC xəbər verir ki, İKAO-nun proqnozlarına görə, mart ayı üçün sərnişinlərin sayı azalaraq 19,6 milyon nəfərdən 6,4 milyard nəfərə düşəcək.

İKAO-nun məlumatına görə, təqribən 70 aviaşirkət Çinin materik hissəsindən bütün beynəlxalq reysləri ləğv edib. 50 aviaşirkət aviadaşımaları ixtisara salıb. Reyslərin ləğv edilməsi Çindən olan əcnəbi sərnişinlərin sayının 80 faizə qədər, Çin aviaşirkətlərinin buraxıcılıq qabiliyyətinin 40 faizə qədər azalmasına gətirib çıxarıb.

Portuqaliyanın Makao Beynəlxalq Aeroportunda sərnişinlərin və reyslərin azalması fevralın 1-dən 9-dək müvafiq olaraq təqribən 80 və 57 faiz təşkil edib. Belə ki, aeroportdan cəmi 50 minə qədər sərnişin keçib. Lakin aeroportun adi buraxıcılıq qabiliyyəti ayda üç milyon turistdən çoxdur.

İKAO proqnozlaşdırır ki, Çindən olan səyyahların azalmasına görə Yaponiya və Koreya turizmdən olan gəlirləri azalacaq. Belə ki Yaponiya 1,29 milyard dollarını (1,18 milyard avro), Tailand isə 1,15 milyard dollarını (1,05 milyard avro) itirə bilər.