turizm

Misir hökuməti ölkəyə gələn turistlərlə bağlı yeni qərar qəbul edib. AZƏRTAC Misir Mülki Aviasiya Nazirliyinin mətbuata açıqlamasına istinadla xəbər verir ki, hər bir əcnəbi səyahətçi bu ölkənin hava limanlarında maksimum 72 saat əvvəl COVID-19 testindən keçməsi barədə arayış təqdim etməlidir.

Yeni qayda avqustun 15-dən qüvvəyə minəcək. Misirin kurort şəhərləri – Şarm əl-Şeyx, Taba, Hurqada, Marsa Ələm və Matruh şəhərlərinə birbaşa aviareyslərlə gələn əcnəbi turistlərə şamil olunmayacaq.

Qeyd edək ki, ümumi daxili məhsulunun 12 faizini turizmin təşkil etdiyi Misir oktyabrın 31-dək turistlər üçün viza rüsumunu ləğv edib.