Ev Turizm Xəbərləri Dələduz turizm şirkətləri barədə turistlərə xəbərdarlıq edildi

Dələduz turizm şirkətləri barədə turistlərə xəbərdarlıq edildi

turizm

“Bütün baş verənləri nəzərə alaraq, turistlərə şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik”.

Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır. AZTA-nın rəhbəri Nahid Bağırov Gezmeli.az bu haqda məlumat verib. Son zamanlar şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı assosiasiyaya şikayətlərin sayı durmadan artır.

“Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır. Eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistlərə şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik” – AZTA rəhbəri Nahid Bağırov deyib.