PAYLAŞ

“DANİMARKALILAR AMERİKANLARDAN ÇƏKİNİR”

Danimarka

Danimarka Krallığı Şimali Avropadadır. Ölkə qərbdən Şimal, şərqdən Baltik dənizi, cənubdan isə Almaniya ilə sərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxtı Kopenhagendir. Bu şəhər Zellandiya və Amağer adalarında yerləşir. Bunlar ümumi məlumatlardır.

BƏS, DANİMARKA HAQQINDA MARAQLI, AMMA BİLMƏDİYİMİZ NƏLƏR VAR?
Danimarka

1.Danimarkada istənilən un məmulatı mağazasında olduqca dadlı şirniyyatlar olur.

2. Yerli əhali arasında şirniyyata olan yüksək meylin olmasına baxmayaraq, burada demək olar ki, artıq çəkidən əziyyət çəkən yoxdur.

3. Danimarkalıların əksəriyyəti səhər saat 08:00-dan günorta saat 16:00-a kimi çalışır.

4. Danimarkada yerləşən mağazaların əksəriyyəti saat 17:00-18:00 radələrində bağlanır. Bu vəziyyətin yaranmasına səbəb vergilərdir. Belə ki, mağaza nə qədər çox işləyərsə, o qədər çox vergi ödəyir.

5. Buradakı orta muzdlu işçidən alınan gəlir vergisi 43 faizdir. Bu rəqəm gəlirin səviyyəsindən asılı olaraq dəyişə bilər.

6. Danimarkada işçini işdən çıxarmazdan 2 ay öncə xəbərdarlıq edirlər.

7. Danimarkada hər rəhbər öz işçilərinin qidasına görə cavabdehdir. Səhər, günorta və nahar yeməklərini şirkət ödəyir.

8. Hər bir şirkətin özünün yeməkxanası və aşbazı olur.

9. Ən geniş yayılmış nəqliyyat növü velosipeddir. Bu, təbiət və ekologiyaya olan sevgi ilə bağı deyil. Sadəcə, İkinci Dünya Müharibəsindən sonra ölkədə benzin defisiti yaranıb və vəziyyətdən ən yaxşı çıxış yolu velosipeddən istifadə etmək olub.

10. Əhali arasında velosiped yarışları geniş populyarlığa malikdir.

11. Danimarkalılar üçün şəxsi avtomobilin olması əlçatmaz arzu kimidir. Çünki avtomobil mülkiyyətinə görə alınan vergilər bəzən avtomobilin qiymətindən yüksək olur.

12. Buradakı avtobuslar sağ tərəfə əyilmək xüsusiyyətinə malikdirlər. Bu üstünlük əsasən əlil arabalarından istifadə edən insanların rahatlığı üçün yaradılıb.

13. İctimai nəqliyyatda Wi-Fi var.

14. Danimarkalı qadınlar digər Avropa qadınları ilə müqayisədə şarmı və gözəlliyi ilə seçilmirlər.

15. Danimarkalı kişi üçün atalıq borcunu yerinə yetirmək hər şeydən üstündür. Buna görə də daniyalı kişilər körpə uşaqlara qulluq və qayğı göstərməkdən çəkinmirlər.

16. Uşaq və ev qayğılarına münasibətdə daniyalı kişilər qürur və ironiya ilə yanaşırlar.

17. Danimarkalı uşaqlar olduqca sakit naturaya malikdirlər – heç vaxt qışqırmır, ağlamırlar.

18. Danimarkadakı binaların əksəriyyəti 6 mərtəbəlidir və buradakı daşınmaz əmlak olduqca bahalı olması ilə yanaşı, həm də yüksək keyfiyyəti ilə seçilir.

19. Danimarkalıların doğma dili olduqca mürəkkəb və qarışıqdır.

20. Danimarkalılar uzaqgörən və tədbirlidirlər.

21. Danimarkalılar amerikanlardan çəkinir və hətta onlara bəzən nifrətlə yanaşırlar.

22. Danimarkada hava həmişə rütubətli olur.

23. Danimarkada səhiyyə pulsuz xidmət sahəsidir.