Ev Gəzməli yerlər Gəzəyənlər Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb

Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb

Daşkənd

Daşkənddə ölkəmizin turizm potensialının təqdimatı olub.

Xəbər verir ki, təqdimat mərasimində qonaqlara Naftalan sanatoriyaları, “Qalaaltı”, “Vest Şayn” otelləri, “Rayda Travel” Turizm Şirkəti haqqında ətraflı məlumat verilib.

Mərasimdə Özbəkistanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri və nümayəndələri də iştirak ediblər.

Daşkənd

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar, mərkəzin fəaliyyəti haqqında da məlumatlanıblar.

Tədbir iştirakçıları öncə son illər Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimizə, turizmə dair çap edilən kitablar, Azərbaycanın və onun Qarabağ diyarının milli qadın və kişi geyimləri, milli suvenirlər, musiqi alətləri, xalçalarımızdan ibarət Azərbaycan stendi ilə tanış olublar. Azərbaycanın görməli yerləri, turizm imkanları, habelə ölkəmizin dövlətçilik tarixini əks etdirən fotosərgi qonaqlarda xoş təəssürat oyadıb.

Samir Abbasov

Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsinin inkişafı, bu istiqamətdə həyata keçirilən nəhəng infrastruktur layihələr, ölkəmizə gələn turistlər üçün şəraitin yaxşılaşdırılması, “ASAN Viza” sisteminin tətbiqi və digər məsələlər barədə danışıb.

Samir Abbasov

S.Abbasov çıxışında Azərbaycanda turizmin inkişafı ilə bağlı Dövlət Proqramının imzalandığını, ölkənin paytaxtı ilə yanaşı, regionlarında müasir tələblərə cavab verən turizm mərkəzlərinin yaradıldığını qeyd edib. O, statistik rəqəmlərə istinad edərək, ötən il Azərbaycana 2 milyon 850 min turistin gəldiyini və onların ölkəmizdə 2 milyard dollar həcmində vəsait xərclədiyini qeyd edib.

Daşkənd

S.Abbasov bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi son beş ildə Özbəkistandan Azərbaycana turistlərin cəlb olunması istiqamətində iş aparır və bu da öz nəticəsini verir. S. Abbasov özbək turistlərin Azərbaycanın paytaxtı Bakıya alış-veriş, Naftalan və digər sanatoriyalara isə müalicə və istirahət üçün maraq göstərdiklərini qeyd edib.

Sonra “Rayda Travel” turizm şirkətinin inkişaf üzrə direktoru Veronika Lyubçenko, “Qalaaltı” otelinin satış üzrə direktoru Fəxri Qafarlı, “Vest Şayn” otelinin satış üzrə direktoru Azər Hacıyev və Naftalan otellərinin satış üzrə direktoru Mirağa Seyidov videogörüntü vasitəsi ilə təmsil olunduqları turizm şirkətləri, otellər və onların təqdim etdikləri xidmətlər, turpaketlər barədə məlumat verib.

Sonra Azərbaycan mövzusunda viktorina keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı və ölkəmizin turizm imkanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Milli rəqslərimiz, milli musiqimizə dair xüsusi proqram təqdim olunub. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi, musiqiçi İlham Abdullayev saz havalarını ifa edib. Müğənni Xursənd Şerov isə Xalq artisti Müslüm Maqomayevin ölməz mahnılarını oxuyub.