Ev Turizm Xəbərləri Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

Görüş

İyulun 29-da Dövlət Turizm Agentliyi kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşlərdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu növ platformaların milli şəbəkələşmə işində mühüm rol oynayacağını qeyd edib.

O söyləyib ki, diskussiya xarakterli görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləməkdir. Bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir.

Görüşdə, həmçinin Dövlət Aqrar Ticarət Şirkəti, “ABAD” publik hüquqi şəxs, Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

30-dək kənd qonaq evi sahibinin qatıldığı tədbirdə Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı istiqamətində gördüyü işlər və gələcək planlar barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, agentlik regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparır. Bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Destinasiya Menecmenti Təşkilatları formalaşdırır.

İnfrastruktur”, “Xidmətlərin səviyyəsi”, “Qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi” kimi mövzularda müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və verilən təkliflər dinlənilib.

Müzakirələr zamanı ortaya çıxan problemlərin həllinə nail olmaq məqsədilə iştirakçılara köməklik göstəriləcəyi bildirilib.