Ev Turizm Xəbərləri Dövlət Turizm Agentliyi: Turizm şirkətləri sağlam rəqabət aparmalıdır

Dövlət Turizm Agentliyi: Turizm şirkətləri sağlam rəqabət aparmalıdır

TURİZM

“Dövlət Turizm Agentliyi yeni turizm məhsullarının yaradılması üzərində işləyir”.

“Report” xəbər verir ki, bunu Agentliyin aparat rəhbəri Kənan Qasımov “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” adlı “dəyirmi masa”da deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi qurumum məqsədi ölkədə peşəkar turizm şirkətlərinin fəaliyyət göstərməsidir.

“Dövlət Turizm Agentliyi kəndlərlə turizm şirkətləri arasında əlaqə yaratmağa çalışır. Şirkətin potensialı olmalıdır və onların rəqabəti bir-birini gücləndirməlidir. Bəzən şahidi oluruq ki, bir turizm şirkəti yüksəlmək üçün rəqibini aşağılamağa çalışır. Lakin rəqabət sağlam olmalıdır”, – K.Qaslmov qeyd edib.