PAYLAŞ
Dubay

Əgər siz işlə bağlı nəhayətsiz streslərdən, oturaq həyat tərzindən və fiziki aktivlik çatışmazlığından əziyyət çəkirsinizsə, o zaman Dubaya yollanın. Siz orada ab-havanı dəyişə, rahatlana, bədəni həyat fəaliyyəti vəziyyətinə gətirə və beyninizi dincəldə bilərsiniz. Dubay öz qonaqlarına sağlamlaşmağa tam yanaşma və fəal istirahət üçün müxtəlif imkanlar təqdim etməyə hazırdır. Xüsusən özlərinin fiziki imkanlarına meydan oxumağa cəhd edən qonaqlar üçün Dubayda payız ayında xeyli idman tədbirləri keçirilir.

Şəhər sakinləri və qonaqları üçün artıq ənənəyə çevrilmiş “Dubai Fitness Challenge” idman aksiyası yenə də əmirliyi tam 30 gün ərzində – oktyabrın 18-dən noyabrın 16-dək əhatə edəcək. Bir ay boyunca gündə cəmi 30 dəqiqə aktiv hərəkətlər – Dubayın payıza ambisiyalı planı belədir. Həmin dövrdə şəhərin hər yerində müasir trenajorlarla təchiz edilmiş idman “tematik şəhərcikləri” və meydançaları yaradılacaq, 8 mindən çox ustad dərsləri və fitnes-proqramlar təşkil olunacaq. Bununla da bütün arzuedənlərə öz sağlamlıqlarını və əhvallarını yaxşılaşdırmağa gündə bir neçə dəqiqə ayırmaq fürsəti veriləcək.

Rəngli” qaçış – mövsümün ən parlaq qaçış startıdır. Bu 5 kilometrlik yürüş zamanı 5 müxtəlif zonanı hər dəfə keçən iştirakçıların üzərinə rəngarəng boya çilənir. Bütün ab-havanı hiss etməkdən ötrü iki asan şərt yerinə yetirilməlidir: startda ağ geyinmək və daha çox rəng yığaraq finişə çatmaq. Yeddinci “rəngli” qaçış üçün bu il xüsusi mövzu seçilib: qaçış həvəskarlarının hər biri noyabrın 10-da Dubay avtodromunda keçirilən “Qəhrəmanların qaçışı”nda iştirak etməklə özünün superqəhrəman geyimini yarada bilər.

Du Tough Mudder” qaçışı – bu, 10 kilometr uzunluğunda keçilməsi mümkün olmayan palçıq və ağır maneələr zolağıdır. “Dubai Festival City”də noyabrın 15-də keçiriləcək sınaqlarda iştirak qərarını verən komandaların fiziki gücünü, dözümlüyünü və fərasətini yoxlamaq üçün nəzərdə tutulub.

Macəra axtaran kiçik yaşlı uşaqlar üçün xüsusi olaraq, 1,5 kilometr uzunluqda qısaldılmış maneələr zolağı düşünülüb.

Spinneys Dubai 92 Cycle Challenge” velosiped yürüşünün əsası 2010-cu ildə qoyulub, o vaxtdan hər il Dubay avtodromunda keçirilir. Bu tədbir hər il dünyanın hər yerindən minlərlə velosipedçini cəlb edir. Onlar iki distansiyadan birini – 53 kilometri yaxud 92 kilometri seçirlər. Dubayın çoxzolaqlı şosesi boyunca keçən marşrut yerli polis tərəfindən tam dəstəklənir. Marşrut, həmçinin noyabrın 28-dən 29-dək yürüş zamanı yalnız velosipedçilər üçün açılan əsas yollardan da keçəcək.