Gezmeli.az Turizmplus-a istinadən xəbər veriri ki uzun illər ticarət, din, siyasət arenasında söz sahibi olan bu şəhərlər yaşanan müharibələr, dağıntılar nəticəsində taleyinə tərk edilib. Yenidən kəşf edildikdən sonra, əvvəlki görünüşünü qorunmağa çalışılan tikililərə hər il milyonlarla səyahətsevər baş çəkir.
1. Palmira, Suriya
1980-ci ildə UNESCO-nun Dünya Mirası siyahısına daxil edilən şəhər antik dövrün ən önəmli din və ticarət mərkəzlərindən biridir. Şamın 215 kilomert şimal-şərqində yerləşir. Palmiranın əsasının eramızdan əvvəl XIX yüzillikdə qoyulduğu deyilir. Lakin Roma və Yunan qaynaqları şəhərin quruluş tarixinin I yüzilliyə aid olduğunu bildirir. Daxilindəki antik teatrın görkəmli mənzərə yaradan sütunları ilə Suriyanın ən dəyərli bölgəsi hesab edilir. İŞİD tərəfindən zərər görən şəhərin son halı heç də içaçıcı deyil.
2. Nəbatilərin İtkin Şəhəri, Petra
Qaya içərisinə daşla oyulmuş dünyanın ən görkəmli yerlərindən olan Petranın mənası “daş” deməkdir. Günəş işığının əks olunması ilə çəhrayı, qırmızı, sarı, narıncı rənglərə bürünür. İsveçrəli kaşif Ludvin Burckhardt tərəfindən yenidən tapılan şəhər UNESCO-nun Dünya Mirasları siyahısındadır. Nəbati Krallığının paytaxtı olan Petra daha öncə yalnızca ərəblərin bildiyi bir məkan olub.
3. Mempis, Misir
Əski və yeni krallıq dövrlərində Misirin paytaxtı olub. Eramızdan əvvəl 2000-3000-ci illər arasında Kral Memfis ətrafdakı bataqlıqları qurudaraq şəhərin əsasını qoyub. Qahirənin Cənubundakı Mit Rahina çevrəsində Mempisə aid qalıqlar var. Əski Misir dönəmində “İneb Hedj” adı ilə də anılan şəhərin o dövrə aid tarixi əsərlərinin çox az qismi bu günə qədər gəlib çatıb. Həmin əsərlər arasında xüsusilə II Ramzesə aid heykəl çox məşhurdur.
4. Angkor Vat, Kamboca
Sənayeləşmə dövrü öncəsi qurulan ən böyük şəhərdir. Aparılan araşdırmalara görə, Angro Vat 800 kvadratmetrlik genişliyə sahibdir. Dünyanın ən böyük dini məbədi də burada yerləşir. 1177-ci ildə dağıdılan bu itkin şəhərin qalıqlarını UNESCO qoruma altına alıb. İçərisində mindən çox məbəd inşa edilən Angro Vatı hər il iki milyona yaxın turist ziyarət edir.
5. Maçu Picçu, Peru
1450-ci ildə inşa edilib. 200-dən çox pillə sistemi ilə bir-birinə bağlanan daşdan ibarət antik bir şəhərdir. Bura İspaniyanın fəthi sonrası insanlar tərəfindən tərk edilib. Ətrafını basan bitki örtüyü və nəhəng ağaclar sayəsində zamanla Maçu Picçunun varlığı unudulub. 1911-ci ildə Yale Universitetinin akademiki Hiram Bingham tərəfindən yenidən kəşf edilib. Bu itkin şəhər dünyanın yeddi möcüzəsindən biri hesab edilir.