PAYLAŞ

                  Bu ölkədə dəyişiklik

Dünyada ilk dəfə olaraq İslandiyada qadın və kişilər arasında maaşlar bərabərləşdirilib.

Gezmeli.az xəbər verir ki, bu barədə qərarı İslandiya parlamenti verib. Qərara əsasən, 25-dən çox işçisi olan şirkətlər yanvarın 1-dən etibarən eyni işi görən kişi və qadınlara eyni miqdarda maaş verməlidirlər. Parlamentin qərarını icra etməyən şirkətlərin cəzalandırılması gözlənilir.

islandiya

Qeyd edək ki, BMT son zamanlar dünyada əsas problemin gender bərabərliyi məsələsi olduğunu iddia edir. Belə ki, təşkilatın hesabatlarına əsasən, dünyada qadınlarla kişilərə eyni iş imkanları yaradılsa da, qadınlar kişilərdən daha az maaş almalı olurlar.

BMT bu sahədə ən bərbad vəziyyətin inkişafda olan ölkələrdə olduğunu bəyan edir.