PAYLAŞ
turistlər

Bir kvadratmil (2,59 kvadratkilometr) sahəyə düşən turistlərin sayının ən çox olduğu turizm istiqamətlərinin növbəti reytinqi dərc edilib.

2018-ci ilin yekunların görə lokasiya sahələri və turistlərin gündəlik sayı əsasında onların ən çox getdikləri 20 turizm istiqaməti “Columbus Direct” tədqiqat şirkətinin ekspertləri tərəfindən tərtib edilib.

İlk beşlikdə Asiyanın iki turizm istiqaməti və Avropanın üç şəhəri yer alıb. “Columbus Direct” reytinqinə əsasən 2018-ci ildə turistlərin ən sıx olduğu istiqamət Tailanddakı Phuket adasıdır. İl ərzində 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist gələn bu kurort bütün başqa turizm istiqamətlərindən irəlidədir. Burada turistlərin sıxlıq göstəricisi bir kvadratmilə 5090 nəfərə bərabərdir.

İkinci yeri Palma-de-Mayorka (İspaniya, bir kvadratmilə 2918 turist), üçüncü yeri Pattayya (2762), dördüncü yeri Paris (1174), beşinci yeri Barselona tutur (605).