PAYLAŞ
Zambiya

Heç də bütün insanlar hər hansı ölkəyə istirahətə gedərkən orada səyahət etmənin nə dərəcədə təhlükəli olduğunun fərqinə varmır.

Həyatınız üçün risklə ziyarət edəcəyiniz yerlərin TOP-10-luğu belədir:

10. Ölüm dərəsi. Qaydalara əsasən turistlər özləri ilə kifayət edəcək dərəcədə içməli su götürməli və yalnız asfaltlanmış yollarla hərəkət etməlidirlər.

9. Yelloustoun Milli Parkı. Hökümət burada istənilən anda ayı ilə qarşılaşa biləcəyiniz haqda xəbərdarlıq edir.

8. Çili. Fəaliyyətdə olan Vilyarikka vulkanını ziyarət edərkən yaxşıca düşünüb daşınmaq lazımdır. 2017-ci ildə turistlər vulkan puskürməsinin şahidi olublar.


7. Florida. Smirna Biç çimərliyi istirahət üçün uğurlu seçim olamaya bilər. Ötən ildə köpək balıqları 16 dəfə istirahət edənlərə hücum çəkiblər.


6. İsveçrə. Bu sakit və əmin amanlıq içində olan ölkədə təhlükə sizi Trift körpüsündə gözləyir. Nepalın üçkanallı körpüləri kimi layihələndirilən 170 metr uzunluğunda və 90 metr hündürlükdə olan körpü akrofoblar (hündürlükdən qorxanlar) üçün təhlükəlidir.

5. Zambiya. Bu eqzotik ölkədə turistlər üçün maqnit rolu olan yer Şeytan basseynidir. Quraqlıq vaxtı o təhlükəli olmasa da, yağış yağanda oralardan uzaq durmaq daha məsləhətlidir. Zambiya höküməti Viktoriya şəlaləsinin kənarında yerləşən bu yerə yalnız avqustdan yanvarın ortalarına qədər çimməyə icazə verir. Bu qaydaları pozanlar isə bədəlini həyatları ilə ödəməli olurlar.


4. Nepal. Hər bir alpinist Everesti fəth etməyi arzulayır. Bu məqsədlə bura hər il 1 200 turist gəlir. Arzusunda olduqları zirvəyə isə yarıdan az adam çatır, bəziləri isə yolda həlak olurlar.

3. İspaniya. Bu ölkədə ən populyar və çox təhlükəli əyləncələrdən biri buğalarla qaçışdır. Bu attraksion onlarla adrenalin həvəskarının həyatına son qoyub.

2. İrlandiya. Bu Qərbi Avropa ölkəsində Atlantik okeanından 2 kilometr hündürlükdə yerləşən Moxer qayası təhlükə mənbəyidir. Həyacanlı hislər axtarışında olan bir çox turist heç də həmişə müəyyən olunmuş rəsmi marşruta əməl etmirlər.


1. Kaliforniya. Burada həqiqi təhdid mənbəyi Yosemiti Milli Parkında yerləşir. Park ərazisində ən çətin iş Xaf-Doum dağına qalxmaqdır. 1,5 kilometr hündürlüyə qalxmaq və son 120 metri şaquli getmək lazım gəlir.