Ev Turizm Xəbərləri Dünyada turizmin rolu

Dünyada turizmin rolu

turizm

Azərbaycanın 2001-ci ildən təmsil olunduğu Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası Moskvada keçirilir.

65 turizm naziri və nazir müavini və 31 dövlət katibi də olmaqla, ümumilikdə, 1100-dən çox şəxsin iştirak etdiyi sesiyada turizm sahəsində innovativ texnalogiyalar, yeni iş yerlərinin yaradılması, kadrların hazırlanması və digər məsələlər ilə yanaşı ölkələrin turizm potensialı da müzakirə edilib.

Dünya Turizm Təşkilatının səfiri, Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov Azərbaycanın müasir dövlət olduğunu vurğulayaraq, ölkənin bu sahədə liderlərdən olduğunu bildirdi.

“Mən Bakını çox sevirəm. Çox gözəl, qonaqpərvər, tarixi kaloriti ilə seçilən şəhərdir. Məmnuniyyətlə Bakıya gedirəm. Forumda səsləndiyi kimi, Bakıda turizm surətlə inkişaf edir. Bunun üçün bütün imkanlar var. Əlbəttə ölkə rəhbərliyi bu istiqamətdə mühüm addımlar atıb. Turizmin kompleks şəkildə inkişaf etdirilməsi və infrastrukturun dünya standartlarına cavab verməsi üçün mühüm qərarlar qəbul olunub ki, ölkə bu istiqamətdə liderliyə doğru irəliləsin. Azərbaycan müasir və dünyaya açıq ölkədir. İdman sahəsində Birinci Avropa Oyunlarının prizmasından baxsaq, infrastrukturun yüksək olduğunu görürük. Düşünürəm ki, bu, düzgün siyasətdir. Və ildən ilə həm kəmiyyət, həm də keyfiyyət artır. Azərbaycanlılara halaldır. Düşünürəm ki, ölkə rəhbərliyinin düzgün strategiyası nəticəsində Azərbaycan bu sahədə dünya liderliyinə nail olar”.

Qlobal şəhərlərdə turizmin inkişaf strategiyaları” adlı plenar iclasda isə Azərbaycanı tədbirdə təmsil edən Azərbaycan Dövlət Turizim Agentliyinin rəhbəri Fuad Nağıyev ilk öncə ölkəmizin turizm potensialından sesiya iştirakçılarına məlumat verib. Çıxışını isə Azərbaycan Dövlət Turizm agentliyinin rəhbəri “Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasına görə turizm potensialımızı tam göstərə bilmirik. Problem həllini tapandan sonra biz tam potensialımızı ortaya qoyacayıq” deyə başa vurub.

“Bizim cox gözəl ölkəmiz var. Bu zalda oturanlar bunun şahidi olublar. Təəssüflər olsun ki, bu gün biz bütün potensialımızı ortaya qoya bilmirik, Buna qonşu ölkə ilə olan konflikt imkan vermir. İnanırıq ki, bütün konfliktlər yaxın gələcəkdə başa çatacaq Və biz bütün potensialımızı təqdim edə biləcəyik”.

Birləşmiş Millətlər Təşkilatı nəzdində Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili isə Bakı səfəri çərçivəsində başlanılmış layihələr və inkişaf strategiyasına davam ediləcəyini bildirdi.

“Biz təşkilatımızın əsas hissəsi – 35 ölkədən olan turizm nazirləri ilə Bakıda görüşümüz zamanı turizm sahəsində gündəmdə duran məsələləri müzakirə və həll etdik. Bakı görüşümüz çox maraqlı keçdi və onun məntiqi nəticəsi olaraq Azərbaycan turizm sahəsinə böyük yatırımlar etdi. Hazırda isə bu yatırımlar öz bəhrəsini verir. Biz Azərbaycanın seçdiyi konstruktiv və inkişaf strategiyasını dəstəkləyirik. Azərbaycan Turizm Agentliyi ilə yaxın münasibətdəyik. Planımız isə Bakıda müzakirə etdiyimiz və nəticə olaraq başladığımız lahiyələri davam etdirməkdir”.

Qeyd edək ki, Dünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyası ili 2 ildən bir keçirilir.