Ev Turizm Xəbərləri Cənubi Koreyada təcili yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyada təcili yardım dronları istifadəyə veriləcək

təcili yardım dronları

Cənubi Koreyanın Milli Parklar Xidməti gələn ildən etibarən dağlıq ərazilərdə insanlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə pilotsuz aparatlardan istifadəyə başlaya bilər. Ölkədə istifadə etmək üçün cəmi 32 kvadrokopter satın alınacaq.

Milli Parklar Xidmətinin də tərkibinə daxil olduğu Ətraf Mühitin Mühafizəsi Nazirliyi bəyan edib ki, dronlar bir çox üstünlüyə malikdir. Bəzən yardım göstərilməsi üçün yeganə vasitəyə çevrilirlər. Onlar çox mobildir və hadisə yerinə yüksək dağ yollarını aşmağa məcbur olan təcili yardım maşınlarından daha tez gəlirlər. Bundan başqa, pilotsuz aparatlar hətta tibbi helikopterlərin enə bilmədiyi yerlərə də dərman preparatları çatdıra bilirlər. Dronlarda ucqar dağlıq ərazilərdə qalmış turistlərə tibbi yardım göstərilməsi məqsədilə dərman qutuları və defibrillyatorlar yerləşdiriləcək. Aparatlar itkin düşmüş şəxsləri GPS texnologiyalarının vasitəsilə tapa biləcək, infraqırmızı və istilik kameraları isə xəsarət alanların dəqiq yerini müəyyən etməyə imkan verəcək.

Dronların ilkin tibbi yardım ləvazimatlarını çatdırmaq üzrə səmərəliliyi paytaxt Seulun yaxınlığındakı Pukxansan parkında da yoxlanılıb. Bu ərazi dağ turizmi həvəskarları arasında populyardır.