PAYLAŞ

ÇOXLARININ GETMƏDİYİ GƏZMƏDİYİ YERLƏR

Məşhur turistik yerlərdən çoxlarınız xəbərdarsınız. Bəs məşhur olmayan yerlərdən necə?

Hər il yay mövsümü ərəfəsində turizm agentlikləri bu barədə müxtəlif reklam xarakterli məlumatlar verir. Lakin bəzi ölkələrdən bu sadaladığımız hallar yan keçir. Sizlərə həmin ölkələrin siyahısını təqdim edirik:

15. QVİNEYA-BİSSAU

QVİNEYA-BİSSAU
QVİNEYA-BİSSAU

İl ərzində gələn turistlərin sayı: 30 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? Əksər Qərbi Afrika ölkələri kimi, Qvineya-Bissau da daimi siyasi çevrilişlərdən əziyyət çəkir. Burada səfalət hökm sürür və belə şərtlər altında səyahət, hətta təcrübəli səyyah üçün də çox çətin tapşırıqdır.

Bəs, nə üçün buraya gəlməyə dəyər? – Ölkənin əsas incisi olan Bijaqoş arxipelaqı bir sıra ağ qumlu çimərliklərə malik gözəl adalardır. Burada atəş səsləri az gəlsəydi, o, dünyanın məşhur turistik yerlərindən biri ola bilərdi.

14. BUTAN

BUTAN
BUTAN

İl ərzində gələn turistlərin sayı: 28 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Bu siyahıda yer alan əksər ölkələrdən fərqli olaraq, Butan bir çoxlarının getmək istədiyi yerdir. Əsas problem hökumət tərəfindən xaricdən gələn qonaqların illik sayına qoyulan məhdudiyyətdir.

Bundan başqa, səyahətçilərə ölkəni təşkilati turlar tərkibində ziyarət etməyə icazə verilir. Həmin turların təşkili üçünsə astronomik pullar tələb olunur.

Nə üçün buraya gəlməyə dəyər? – Ölkəni ziyarət edənləri şərti olaraq iki yerə bölürlər: Himalay peyzajlarına aşiq olanlar və əsrlərlə ətraf aləmdən, demək olar, tamamilə təcrid olan mədəniyyəti öyrənmək istəyənlər.

13. ÇAD

ÇAD
ÇAD

İl ərzində gələn turistlərin sayı: 25 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Çadı rahatlığı sevən turistlər üçün böyük bir xəbərdarlıq kimi xarakterizə etmək olar. Dözülməz isti, sərt viza rejimi və dəhşətli yollar sizi, hətta yerli quldurlardan qorxudan belə yayındırmaq iqtidarındadır.

Nə üçün buraya gəlməyə dəyər? – Yoldakı çuxurlar və hər yerdə vargəl edən ağır silahlı insanlara qarşı heç bir qorxunuz yoxdursa, burada kifayət qədər təəssüratlı səhra peyzajı görə bilərsiniz.

12. AMERİKA SAMOASI

AMERİKA SAMOASI
AMERİKA SAMOASI

İl ərzində gələn turistlərin sayı: 25 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Onun yaxınlığında yerləşən müstəqil Samoa hər il məşhurlaşdığı bir vaxtda Amerika Samoası daha az inkişaf edib.

Bundan başqa, burada son dərəcə az saylı reyslərin təşkili çətin ki, nə vaxtsa ölkəni məşhur turistik mərkəzə çevirsin.

Nə üçün buraya gəlməyə dəyər? – Bir o qədər də cəlbedici görünməyən paytaxt Paqo-Paqodan kənara çıxdığınız zaman gözəlliyi ilə heyrətləndirən sahil xətti və çimərliklərlə rastlaşacaqsınız.

Bundan başqa, tarixi sevənlər bir sıra tikililər və qəbir kurqanlarına rast gələ bilərlər.

11. KOMOR ADALARI

KOMOR ADALARI
KOMOR ADALARI

İl ərzində gələn turistlərin sayı: 15 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Ağır siyasi vəziyyət və qatı dini ənənələrə malik Komor adaları çətin ki, bir zaman qonşu Seyşel və Mavriki adalarına çimərlik istirahəti üzrə rəqib ola bilsin.

Nə üçün buraya gəlməyə dəyər? – Burada tətbiq olunan bəzi qadağalar olmasa, təbiətin gözəl mənzərəsindən zövq almaq olar.

10. SOLOMON ADALARI

SOLOMON ADALARI
SOLOMON ADALARI

İl ərzində gələn turistlərin sayı: 14 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Solomon adaları dünyada son dərəcə təhlükəli olmağı ilə tanınıb. Bu, ilk növbədə beynəlxalq münaqişələrlə əlaqəlidir.

Nə üçün buraya gəlməyə dəyər? – Ölkədə iğtişaşlar illər əvvəl başa çatıb və adalar turistləri cəlb etmək üçün böyük potensiala malikdir.

Ölkənin üstünlüyü dünya səviyyəli dayvinqdədir.

Bundan başqa, Qizo adası getdikcə sörferlərin toplaşdıqları yerə çevrilir. Buradakı vulkanlar və şəlalələr isə insanın ruhunu oxşayır.

9. MƏRKƏZİ AFRİKA RESPUBLİKASI

MƏRKƏZİ AFRİKA RESPUBLİKASI
MƏRKƏZİ AFRİKA RESPUBLİKASI

İl ərzində gələn turistlərin sayı: 14 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – İlk növbədə, ölkə təhlükəli regionda yerləşməyi ilə tanınır. İkincisi isə burada dəhşətli səfalət hökm sürür.

Üçüncüsü, turistik infrastruktur burada tam inkişaf etməyib.

Dördüncüsü, buraya gəlmək üçün viza əldə etmək bir o qədər asan iş deyil.

Nə üçün buraya gəlməyə dəyər? – Sadalananları nəzərə almasaq, Mərkəzi Afrika Respublikası vəhşi təbiəti sevənlər üçün gözəl yerdir; “Dzanqa Sanqa” qoruğunda çoxlu sayda fil və qorilla yaşayır. Hazırda buraya son dərəcə bahalı turlar vasitəsilə gəlmək mümkündür.

8. SAN-TOME VƏ PRİNSİPİ

SAN-TOME VƏ PRİNSİPİ
SAN-TOME VƏ PRİNSİPİ

İl ərzində gələn turistlərin sayı: 12 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Əsas səbəb bu ölkənin mövcudluğu barədə bir çoxlarının məlumatlı olmamağıdır.

Nə üçün buraya gəlməyə dəyər? – Əsəbləri sakitləşdirən ada həyatı, möhtəşəm dayvinq və skorklinq, cəngəlliklər üzrə trekkinq və xoş balıqçı kəndləri çox gözəl ahəng yaradır. Kabo-Verdenin məşhurluq qazandığı halda San-Tome və Prinsipinin bunu əldə etməyinə mane olacaq bir səbəb yoxdur.

7. TÜRKMƏNİSTAN

TÜRKMƏNİSTAN
TÜRKMƏNİSTAN

İl ərzində gələn turistlərin sayı: 8 000 nəfərdir.

Nə üçün buraya gəlməyə dəyməz? – Burada viza almaq çox çətindir. Müstəqil səyahət barədə xəyal qurursunuzsa, bu barədə dərhal unudun.

Nə üçün buraya gəlməyə dəyər? – İlk növbədə, əlvan kanyonlar və qara qumlu səhralar üçün.

Buradakı məscidlər, milli geyimlər və qədim şəhərlər də çox gözəldir.

6. MOLDOVA

MOLDOVA
MOLDOVA

İl ərzində gələn turistlərin sayı: 7 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Moldova Avropanın ən kasıb ölkəsidir. Paytaxt Kişinyov zülmət beton cəngəllikləri xatırladır.

Buraya gəlmək bir o qədər də çətin deyil, hətta viza da lazım deyil, lakin burada heç bir turistik marşrut yoxdur və siz ölkəni təkbaşına öyrənməli olursunuz.

Nə üçün buraya gəlməyə dəyər? – İlk görünüşdə Moldova az cəlbedici görünsə də, burada yaxşı əylənmək olar.

5. MARŞALL ADALARI

MARŞALL ADALARI
MARŞALL ADALARI

İl ərzində gələn turistlərin sayı: 6 000 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Marşall adaları, ilk növbədə, bəxtsiz atoll kimi tanınır. Onun bəxtinə nüvə sınaqları üçün meydança olmaq düşüb.

Lakin adaları bu qədər az sayda insanın ziyarət etməyinə əsas səbəb adanı dünya ilə əlaqələndirən hava yollarının son dərəcə az olmağıdır.

Nə üçün buraya gəlməyə dəyər? – Burada siz əsl Sakit okean istirahəti ilə tanış ola bilərsiniz; gözəl mənzərə, mehriban yerli sakinlər, çoxlu sayda mərcan rifi və dayvinq üçün əlverişli yerlər sizi gözləyir.

4. KİRİBATİ

KİRİBATİ
KİRİBATİ

İl ərzində gələn turistlərin sayı: 3 900 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Kiribatiyə gəlmək asan tapşırıq deyil. Burada əsas problem ölkənin məhz hansı hissəsini ziyarət etməkdə deyil.

Kiribatinin xəritəsi Sakit okeanda böyük bir sahəyə səpələnmiş konfetləri xatırladır. Bu isə o deməkdir ki, burada bir adadan digərinə yollanmaq ölkəyə gəlməkdən daha çətin məsələdir.

Nə üçün buraya gəlməyə dəyər? – Milad adası 1999-cu ildə şöhrət qazanıb. O, planetdə yeni minilliyə daxil olan ilk yer olub.

Bundan başqa, ölkə dünyada balıqçılıq və dayviq üçün ən gözəl yerlərdən biridir.

3. TUVALU

TUVALU
TUVALU

İl ərzində gələn turistlərin sayı: 1 100 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Tuvalu Sakit okeanın cənubunda yerləşən və qlobal istiləşmə dəniz səviyyəsini qaldıracağı zaman su altında qalacaq kiçik quru sahəsidir. Buraya gəlmək olduqca çətindir. Buraya yalnız Ficidən bahalı reyslər var.

Nə üçün buraya gəlməyə dəyər? – Tuvalu klassik mənzərəli ada görünüşünə malikdir. Burada gözəlliyi ilə heyrətləndirən laqunlar da var.

2. SOMALİ

SOMALİ
SOMALİ

İl ərzində gələn turistlərin sayı: 500 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Somali dəniz quldurları barədə az insan tapılar ki, məlumatsız olsun. Lakin burada soyğunçuluq yalnız dənizdə “inkişaf” etməyib. Daimi müharibələr, dövlət çevrilişləri, ekstremizm və təpədən dırnağadək silahlanmış yerli sakinlər istirahətə imkan vermir.

Nə üçün buraya gəlməyə dəyər? – Məsələn, buradan qayıtdıqdan sonra dostlarınızın gözündə qəhrəman kimi görünməsəniz də, ən azı dəli kimi görünəcəksiniz. Bir qədər şarmı da unutmaq olmaz.

1. NAURU

NAURU
NAURU

İl ərzində gələn turistlərin sayı: 200 nəfərdir.

Nə üçün buraya gəlmirlər? – Nauru dünyanın ən kiçik respublikasıdır. O, cəmi 21 kvadratkilometr əraziyə, 10 min sakin və iki hotelə sahibdir. Otellərdən biri fosforitlərin hasilatı yeridir.

Ölkəyə yalnız bir aviaşirkətin təyyarələri uçur. Buranı ziyarət etmək üçün viza lazımdır, onu əldə etmək isə çox çətindir, çünki Naurunun xaricdəki konsulluqlarının sayı həddindən çox azdır.

Nə üçün buraya gəlməyə dəyər? – Gözəl mənzərə və dünyanın ən kiçik ölkəsində olduğunuzu qeyd etmək, paytaxtı olmayan yeganə dövlətdə olduğunuzu bildirmək üçün.