PAYLAŞ

Etibarlı aviaşirkətlər

Almaniyanın JACDEC-in (Jet Airliner Crash Data Evaluation Centre) təyyarə qəzalarını araşdıran bürosu dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqini hazırlayıb. İlk onluqda olan aviaşirkətləri sizinlə bölüşmək istəyirəm 🙂

Air New Zealand

Air -New-Zealand

Yeni Zellandiyanın milli aviaşirkətidir. 1940-cı ildən fəaliyyət göstərir. Aviaşirkət ölkədaxili 27, əcnəbi ölkələrə isə 26 istiqamətdə uçuşlar həyata keçirir. Air New Zealand dünyada yeganə aviaşirkətdir ki, onunla Yer kürəsinin ətrafında dövr etmək mümkündür. Bu aviaşirkət 2012-2013-cü illərdə Piter Ceksonun “Hobbit” adlı reklam kampaniyasında iştirak etmişdi.

CATHAY PACİFİC AİRWAYS

Cathay-Pacific-Airways

1946-cı ildə yaradılıb və Honq Konqun beynəlxalq hava limanında yerləşir. Aviaşirkət mütəmadi olaraq bütün dünya üzrə 114 istiqamətə sərnişin və yük daşınmasını həyata keçirir. Cathay Pacific şirkəti Skytrax 5 ulduzlu reytinqinə sahib dünyanın 6 aviaşirkətindən biridir.

FİNNAİR

Finnair

1924-cü ildə yaradılıb. Əsas bazası ilə Vantaa şəhərində yerləşən Finlandiyanın milli aviaşirkətidir. Finnair dünyanın 50 dövlətinə reyslər təşkil edir və 1963-cü ildən Avropanın ən təhlükəsiz hava daşıyıcısı hesab olunur.

EMİRATES

Emirates

Dubayda yerləşən dünyanın ən nəhəng aviaşirkətlərindən biridir. Əsası 1985-ci ildə qoyulub. Emirates Airlines 60 ölkə, 130-dan çox şəhərə uçur.

EVA AİR

Eva-Air

Əsası 1991-ci ildə qoyulub. Böyüklüyünə görə Tayvanın ikinci aviaşirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikaya beynəlxalq reyslər təşkil edir.

BRİTİSH AİRWAYS

British-Airways

Əsası 1974-cü ildə qoyulub. Böyük Britaniyanın nəhəng aviaşirkətlərindən biridir. Şirkətin baza hava limanları Heathrow və Gatwick-dir. Bununla yanaşı British Airways Oneworld aviasiya ittifaqının üzvüdür. Şirkətin təyyarələri bütün dünya üzrə 222 reys həyata keçirir.

TAP PORTUGAL

Tap-Portugal

Əsası 1946-cı ildə qoyulub. Portuqaliyanın milli aviaşirkətidir. Şirkət Lissabonun Portela hava limanında yerləşir. Şirkət 14 mart 2005-ci ildən etibarən Star Alliance-a daxildir. TAP Braziliyaya reyslər təşkil edən nəhəng operatordur. Hazırda TAP şəbəkəsinə 30 ölkədə 65 hava limanı daxildir. Şirkət gündəlik 1600 reys həyata keçirir.

ETİHAD AİRWAYS

Etihad-Airways

Əsası 2003-cü ildə qoyulub. BƏƏ-nin milli aviaşirkətidir. Şirkətin baş-qərargahı Abu-Dabidə yerləşir. Etihad ərəb dilindən tərcümədə “ittifaq” mənasını verir. Şirkət Yaxın Şərq, Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya 84 istiqamətdə yük və sərnişin daşınmasını həyata keçirir.

AİR CANADA

Air-Canada

Əsası 1937-ci ildə qoyulub və Star Alliance-ın yaradıcı-üzvlərindən biridir. Şirkət Monreal şəhərində yerləşir. Air Canada 5 qitə üzrə 175 istiqamətlərdə uçuşlar həyata keçirir.

QANTAS AİRWAYS

Qantas-Airways

Əsası 1922-ci ildə qoyulub. Avstraliyanın ən böyük, dünyanın ən qədim ikinci aviaşirkətidir. Ləqəbi “Uçan kenquru”dur (The Flying Kangaroo). Şirkətin baş-qərargahı Sidneydə yerləşir və 144 istiqamətdə uçuşlar həyata keçirir. Qantas-ın təyyarə heyətinə 135 hava gəmisi daxildir.

Dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqini hazırlayıb sizlərə təqdim etdik.Bəs siz bununla razısınızmı?