PAYLAŞ

           Ən qəribə 10 yer

Dünyada gəzib-görüləcək yerlər çoxdur. Amma bunların hamısına səyahət etmək mümkün deyil.

Dünyanın ən qəribə 10 yeri haqqında məlumat verilir:

1. Təyyarə qəbiristanlığı

təyyarə qəbiristanlığı

Arizonada səhranın ortasında təyyarə qəbiristanlığı var. ABŞ hava qüvvələrində istismar müddəti başa çatan “B-52” bombardman təyyarələri buraya gətirilir. Ərazidə 500-ə yaxın təyyarə var. Niyə məhz Arizona? Qəbiristanlıq ona görə buradadır ki, nəm olmayan şəraitdə metal daha gec xarab olur.

2. Şiprok, Nyu-Mexiko

şiprok

Nyu-Mexiko səhrasında yerdən 500 metr hündürlükdə olan bu qayalıq həm də Navaxo qəbiləsi üçün müqəddəs məkandır. Hələ də Navaxo qəbiləsi tərəfindən idarə edilən yer 17 km uzaqlıqdakı bir qəsəbə ilə eyni adı daşıyır.

3. Qaplan yuvası məbədi-Butan

butan

3000 metr hündürlükdə yerləşir. 400 il əvvəl inşa edilən Taktsang məbəd kompleksi bir çox mağaraya da sahibdir. Butanın şərqində təbii mağaralardan ibarət bu məbəd həm də buddistlər üçün müqəddəs sayılır. Çünki Butana Buddizmi təbliğ edən Padmasambhava 8-ci əsrdə 3 il, 3 ay, 3 həftə, 3 gün və 3 saat bu məkanda meditasiya ilə məşğul olub.

4. Cəhənnəm Qapısı-Türkmənistan

cəhənnəm qapısı

Məkan 1970-ci illərdə insanlar tərəfindən yaradılıb. Ərazidə təbii qaz rezervlərindən sızan qaz çuxurlara dolub və sovet mühəndisləri tərəfindən alovlandırılıb. Mühəndislər düşünüblər ki, bir neçə həftəyə alov sönəcək. Amma 40 ildir ki, ərazidə içi qaynayan, palçıqla dolu, 70 metrlik iri çuxur var. Bu çuxura Cəhənnəm Qapısı deyirlər.

5. Şampan hovuzu-Vayotapu, Yeni Zellandiya

şampan hovuzu

Mayori savaşçıları ağrıyan əzələlərini və ruhlarını müalicə etmək üçün bu əraziyə gəliblər. Hidrotermal hovuz 900 il əvvəl meydana gəlib. Yerin altından qaynayaraq gələn suyun içində fərqli minerallar var. Suyun tərkibində yüksək miqdarda olan karbondioksit isə müntəzəm olaraq köpük verdiyi üçün hovuz belə adlandırılıb.

6. Böyük Mavi Çuxur

mavi çuxur

Belize sahillərindən 70 km aralıda yerləşən Mavi Çuxur digər çuxurlardan fərqlidir və 124 metr dərinliyə sahibdir. Əfsanəvi dalğıc Jak Kusto Mavi Çuxuru dalğıclar üçün dünyanın 10 ən önəmli yerlərindən biri elan edib. Sonra isə UNESCO tərəfindən dünya mirası siyahısına əlavə edib.

7. Yeddi Nəhəng Qayalıqları-Sibir, Rusiya

yeddi nəhəng

Şimali Uralda, Sibirin ortasında olan bu qayalıqlar əfsanəyə görə qaçarkən donan yeddi nəhəng əsgər olub. Dünyada çox tanınmasa da, Rusiyada kifayət qədər məşhurdur. Hündürlükləri 30-40 metr arasında dəyişir. Qayalıqlara səfər etmək kifayət qədər çətindir.

8. Anhel Şəlaləsi-Venesuela

anhel şəlaləsi

1000 metr hündürlükdən tökülən şəlalə dünyanın ən hündür şəlaləsidir. Auyantepui dağındakı Kanaima milli parkında yerləşir. Eyni zamanda “UP” filmində bu şəlalədən cənnət şəlaləsi olaraq bəhs edilib. Şəlalənin üstündən ilk dəfə uçub keçən sonra isə geri qayıdaraq 30 il burada yaşayan amerikalı pilot Jimmi Anhelin şərəfinə adlandırılıb.

9. Buzludzha abidəsi-Bolqarıstan

buzldhuza

Sovet İttifaqı tərəfindən 1981-ci ildə inşa edilən və hazırda xarabalığa çevrilən abidədir. Divarlarında Sovetlər İttifaqı və Bolqar tarixinə aid rəsmlər var. Dam örtüyü poladdan hazırlanıb. Zaman keçdikcə dam örtüyü sökülüb.

10. Alma Qayası-Yeni Zellandiya

alma qayası

Tasman körfəzindəki sahildə yerləşir. Ortadan bölünmüş almanı xatırlatdığı üçün belə adlandırılıb. Necə yarandığını bilən yoxdur. Amma turistlər üçün maraqlı məkana çevrilib.