Adətən, bir yerdən digərinə getmək üçün daha rahat və əlverişli nəqliyyat vasitəsini seçirik. Müasir dövrdə isə nəqliyyat vasitəsi böyül rol oynayır.
Nəqliyyat vasitələri istehsal edən şirkətlər iqtisadi və texnoloji inkişaf üçün güclü təkanverici qüvvədir. Lakin bəzi ölkələrdə hələ də köhnəlmiş və hətta qəribə görünən nəqliyyat növlərinə rast gəlmək olar.
Dünyanın ən qəribə nəqliyyat növlərini təqdim edirik:
Kanada: atlı bərələr
Belə gəmilərin ən geniş yayılmış növü 1790-cı ildən 1920-ci ilə qədərki dövrdə istifadə edilən at bərələri idi.
Bu nəqliyyat vasitəsinin ilk növlərində atlar dairəvi gəzərək darvazaları fırladırdılar ki, bu da hərəkətverici qurğunu işə salırdı.
Kamboca: bambukdan qatarlar (norri)
Norri köhnə vaqonetlərin oxu üzərində quraşdırılmış bambuk döşəmədir. Aparıcı ox motosiklet və ya traktor motoru ilə hərəkətə gətirilir.
Əldəqayırma qatarlar dəmir yolu boyunca hər iki istiqamətdə hərəkət edir. İki platforma qarşılaşdığı halda isə, onların birinin sərnişi düşüb, öz “vaqonu”nu relslərdən çıxarırlar. Belə “vaqon”un çəkisi onu bir neçə kişinin qaldırmağına imkan verir.
Qarşıdakı nəqliyyat keçib getdikdən sonra, norri asanlıqla yerinə qoyulur və marşrut üzrə yoluna davam edir.
Kambocanın bu unikal və ənənəvi relsli nəqliyyat vasitəsini 2017-ci ildə ləğv etmək istədilər. Lakin yerli sakinlər və turistlər tərəfindən ona böyük ehtiyac olduğu üçün norri 2018-ci ilin yanvarından yenidən relslərə buraxıldı.
Portuqaliya: toboqqan
Bir çox məşhur turistik əyləncə və attraksionları kimi, dağ yollarında xizək sürmək də öz kökləri ilə keçmişə gedir. XIX əsrdə Madeyra adasında Funşal şəhərinin Monte dağ kəndinə tez çatmaq üçün bu nəqliyyat növünə ehtiyac vardı.
Toboqqan söyüd çubuqlarından hörülür və taxta zolaqlara bərkidilir. Bu konstruksiya Montedən olan iki karreyros – arabaçı tərəfindən idarə olunur. Toboqqan dağ yolunda 48 km/saata qədər sürət yığa bilir.
Arabaçılar ənənəvi olaraq ağ paltar, samandan papaq və qalın bir kənarlı xüsusi ayaqqabı geyinirlər. Belə ayaqqabı onlara döngələrdə sürəti zəiflətməyə imkan verir. Marşrut təxminən 2 km və təxminən 10 dəqiqə təşkil edir.
Kuba: koko-taksi
Ən qeyri-adi taksi Kubanın paytaxtı Havana küçələrində işləyir. Burada hətta bugün də koko velosiped taksilərini görmək olar.
Taksi iki sərnişin və sürücü üçün nəzərdə tutulub.
Bu, ən yavaş və ən “tozlu” taksi növüdür, lakin şəhərlə tanış olmaq istəyən turistlər üçün ən uyğun vasitədir.
Niderland: Amfibua
Niderlandda amfibuslar adlandırılan amfibiya-avtobuslar kifayət qədər geniş yayılıb. Onlar ən çox turistlərin daşınması üçün istifadə olunur.
Amfibus burada turistlərə avtobusdan çıxmadan yalnız küçələrə ekskursiya etməklə deyil, həm də su gəzintisindən zövq almağa imkan vermələ danılmaz üstünlüyə malikdir. Elə amfibusun özü də turizm obyektidir.
Filippin: cipni
Cipni Filippində ictimai nəqliyyat və marşrut taksilərinin növüdür. Manilada cipni əsas taksi növüdür.
İlk vaxtlar bunlar İkinci Dünya müharibəsindən sonra ABŞ hərbi hissələrindən işlənmiş vəziyyətdə çatdırılan Amerika hərbi cipləri idi.
Avtomobil sökülərək, sərnişin yerini artırmaq üçün cipin daşıyıcı çərçivəsi uzadılırdı, sonra yenidən birləşdirilir və boyanırdı. Tədricən bu, Filippin mədəniyyətinin xüsusiyyətlərində birinə çevrildi.
Cipnidə hər skamyada 12 nəfərə qədər adam otura bilir, pik saatlarda isə sərnişinlərin sayı daha çox ola bilər, belə ki, bəzi sərnişinlər ayaq üstə dayana bilər.
Tayland: tuk-tuki
Tuk-Tuki şəhər və kurortlarda hərəkət etmək üçün Taylandda ən məşhur nəqliyyat vasitəsidir. Tay dilində “tuk-tuk “ “ucuz” kimi tərcümə olunur.
Tuk-Tuki müxtəlif şəhərlərdə fərqli görünə bilər. Məsələn, bu, bəzən üç təkərli nəqliyyat (Banqkokdakı kimi), bəzən kiçik yük maşını – pikap (Pattaya və ya Ko Çanqdakı kimi) ola bilər.
Ona görə də bu nəqliyyat vasitəsində müvafiq olaraq iki və ya eyni zamanda 12 nəfər gedə bilər.
Yeni Zelandiya: “Shotover Jet”
Şotover çayının ərazisindəki Yeni Zelandiya kanyonları Okeaniya ilə hərəkət etmək üçün ən maraqlı yollardan biri üçün fon kimi xidmət edir. “Shotover Jet”lər xüsusi olaraq Şotover çayı ərazisindəki kanyonlar üzrə turlar üçün tikilib.
İki V8 mühərriki və 700 at gücünə malik olan qayıq sürətini saatda 85 km-ə qədər çatdıra bilir.
“Shotover Jet Services” ekskursiya şirkəti kimi 1965-ci ildə açılıb. Şirkət 1970-ci illərin əvvəllərində öz qayıqlarını modernləşdirərək, macəralı gəzinti təklif etməyə başlayıb.
O, 1987-ci ildən bəri kanyonlarda işləyən yeganə şirkətdir. Yeddi qayığın hər biri 14 nəfərədək adam daşıya bilər.
Kenya: matatu
Matatu əyləncə avtobusuna bənzəyir. Onu xaricdən qraffiti üslubunda rəsmlər bəzəyir, içərisində yüksək musiqi səslənir. 1928-ci ildə dünyada adambaşına ən çox avtomobil Nayrobidə düşürdü. Lakin ictimai nəqliyyat sistemi yox idi. 1950-ci illərdə sistem genişləndirilir və Matatu ərsəyə gəlir.
Onlara Keniyada yalnız görünüşünə görə deyil, həm də ucuz və rahat olduğundan hərəkət vasitəsi kimi üstünlük verilir.
Nayrobidə matatunu hər yerdə görmək olar. Onların hər biri pop ulduzlar, idmançıların şəkli və hətta dini simvollar kimi müxtəlif təsvirlərlə bəzədilir.
Hər mikroavtobusun yaradılmasına çoxlu pul və vaxt sərf olunur. Bəzilərində “Wi-Fi” və televizor var. Matatu, bir qayda olaraq, yeni şassidən istifadə edilməklə sıfırdan yığılır.
Ötən onilliyin ortalarında hökumət təhlükəsizlik səbəbləri ilə Matata və yüksək səslə musiqini qadağan edir. Lakin qadağa 2015-ci ildə aradan qaldırılır. Daha bir qadağa isə 2018-ci ilin sonunda tətbiq olunsa da, ictimaiyyətin etirazından sonra, elə növbəti gün ləğv edilir.