PAYLAŞ

Ən qorxulu, lənətlənmiş ev

Kolumbiyadakı “Hotel del Salto” dünyanın ən maraqlı və qorxulu otelidir. Deyilənlərə görə bu oteldə ruhlar gəzişir və bura girən bir daha sağ çıxa bilmir.

Ən qorxulu ev

“Hotel del Salto” Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yer alan bu otel 1923-cü ildə Kolumbiya prezidenti Pedro Nel Ospinanın dövründə tikilib. Fransız üslubunda inşa edilən bina əvvəllər otel kimi istifadə edilməyib. Pedro Nel Ospinanın hakimiyyətindən sonra, 1928-ci ildən bina otelə çevrilib. Nəticədə, varlı insanların sevimli istirahət məkanı olub.

Müştəri çoxluğundan böyüyən otel

Qorxulu ev

1950-ci illərdə otelin müştəriləri o qədər artıb ki, binanı böyüdüb, 18 mərtəbəli bir tikiliyə çeviriblər. 90-cı illərdə isə burada qəribə hadisələr baş verməyə başlayıb. Oteldə ard-arda intihar hadisələri olub. Adamlar itkin düşməyə başlayıb.

Daha bir maraqlı məqam isə otelin yanındakı “Tequendama” şəlaləsi haqqında yerli əhalinin təsəvvürüdür. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atır, bununla da qartala çevrilərək, azad olduqlarına inanırmışlar.

Birdən-birə otelə gəliş-gediş kəsilir

Qorxulu ev

Onsuz da haqqında mifik təsəvvürlər olan bu yerdə dalbadal intihar və başqa qəribə hadisələrin baş verməsi binanın taleyini həll edib. 1990-cı illərdən sonra heç kəs bu otelə gəlməyib. Beləliklə, “Hotel del Salto” bağlanıb.

Hazırda isə bu otel muzey kimi istifadə olunur. Maraqlısı odur ki, hələ də heç kim otelin içinə girməyə cəsarət etmir. Ona görə də, otelin içərisi tamamilə dağılmış durumdadır. Turistlər də daha çox binanı kənardan görməyə və buradakı möhtəşəm mənzərəni seyr etməyə gəlirlər.