İtaliyanın Venesiya şəhəri güclü daşqın səbəbindən su altında qalıb. Suyun səviyyəsi 127 sm olmaqla kritikdir.
![](https://gezmeli.az/wp-content/uploads/2019/11/12.jpg)
“Vesti.ru” bildirir ki, Müqəddəs Mark meydanının üçdən biri, eləcə də eyniadlı kilsə də su altında qalıb. Şəhərdə ya uzunboğaz çəkmələrdə, ya da xüsusi döşənəklərdə hərəkət etmək olur.
![](https://gezmeli.az/wp-content/uploads/2019/11/14.jpg)
Venesiyadakı “yüksək su” mövsümü güclü yağış yağdığına görə dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir. Şəhər rəhbərliyi iki ildən sonra xüsusi müdafiə maneəsi sisteminin quraşdırılacağına söz verib.
![](https://gezmeli.az/wp-content/uploads/2019/11/15.jpg)