PAYLAŞ

1) San Pedra Sula (Honduras)

San Pedra Sula

Elə bir şəhər düşünün ki, ildə hər 100.000 vətəndaşından 159 – u cinayətə qurban gedir. Hondurasdakı bu rəqəmlər San Pedra Sulanı dünyanın ən təhlükəli şəhəri etməyə kifayət edir. Son dərəcə ciddi yoxsulluqla savaşan bu şəhərdə qrupların narkotik davaları arasında qalan xalq küçəyə çıxmağa belə qorxur.  Şiddət elə böyük həddə gəlib ki, ölkədə mövcud olan ABŞ sülhməramlı qüvvələri belə dayana bilməyib bu şəhəri tərk etmək məcburiyyətində qalmışdır.

2) Ciudad Juarez (Meksika)

Ciudad Juarez

Meksikanın ABŞla sərhədində yerləşən bu şəhər dünyanın narkotik mərkəzi olaraq adlandırılır. 2012 – ci ildə Ciudad Juarezdə cinayət səviyyəsi 57% – ə qədər düşdü və Meksika üçün sevindirci bir hal yarandı. Düşünün ki, cinayət səviyyəsinin bu qədər aşağı düşməsi belə şəhərin ən təhlükəli şəhərlər siyahısında 2 – ci sırada olmasına əngəl olmadı. Qruplar arasında tez – tez silahlı qarşıdurmalar yaşanması ilə yanaşı, kəndlilər arasında da balta, çubuq və s. kimi primitiv alətlərlə davalar baş verir.

3) Caracas (Venesuella)

Caracas

Narkotik qaçaqçılığının mərkəzlərindən biri olan bu şəhər dünyanın ən təhlükəli yerlərindən biri sayılır. Çox böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, Venesuellada yoxsulluq ən mühüm problemlərdən biridir. Bu cənnət şəhərdə küçələr turistlər üçün çox təhlükəlidir. Hər küçə başında döyülərək soyulmuş insanlara rast gəlmək mümkündür.

4) Moqadişu (Somali)

Moqadişu

Aclığın və fəlakətin geniş şəkildə yayıldığı şəhərdə bütün bu problemlərə üstəlik daxili müharibələr də əlavə olunduqda yaşamağın mümkünsüz olduğu bir vəziyyət yaranır. Şəhərin böyük bir hissəsi qatı İslamçıların idarəsindədir. Onların da Əl Qaidə terror təşkilatına xidmət etdiyini nəzərə alsaq, dünyanın ən çox bomba partlayan şəhərlərindən biri olması qaçınılmazdır. Adam qaçırma və terror bölgədəki ən böyük problemdir. Şərait belə olduqda insanlar yavaş – yavaş şəhəri tərk etmək məcburiyyətində qalırlar.

5) Bağdad (İraq)

Moqadişu

ABŞ işğalından sonra vəziyyətinin heç cürə normallaşa bilmədiyi, müharibələrdən yorğun düşmüş bir şəhər – Bağdad. Heç kimin heç kimə inanmadığı bu şəhərdə insanlar bombalarla yaşamağa öyrəşmiş vəziyyətdə olsalar da , demək olar ki, hər gün bir yerdə partlayan bombalar və şiddət hadisələri xalqı bezdirib. Şəhərdə inanılmaz bir xaos mühiti yaranmışdır.


6) Maceio (Braziliya)

Maceio


Turizm mərkəzlərindən biri olan bu şəhər 100.000 nəfərə düşən 135 cinayətlə Braziliyanın ən təhlükəli şəhəridir. Cinayətkarların əsas cinayət obyektlərinin turistlər olduğunu nəzərə alsaq, bu bölgəyə getməyi düşünənlərin qərarlarını yenidən nəzərdən keçirmələri faydalı olar.

7) Karaçi (Pakistan)

Karaçi



Pakistanın ən böyük şəhəri olan Karaçidə siyasi iqtidarsızlıq, yüksək cinayət səviyyəsi və İslami terror səbəbindən yaşamaq hər keçən gün daha çətin hala gəlir. Şəhərdə canlı bomba hadisələri o qədər çox olur ki, sakinlər artıq belə hallar qarşısında  təəccüblənmir.Ən vacib problemlərdən biri yoxsulluq olan Karaçidə oğurluq, cinayət və adam oğurluğu sıx şəkildə müşahidə edilir.


8) Acapulco (Meksika)

Acapulco



Meksikanın turizm cənnəti olan Acapulconun ən böyük problemi narkotik təşkilatlarıdır. Dünyanın ən çox cinayət işlənən yerlərindən biri olan bu şəhər hər il milyonlarla turist cəlb etməsinə baxmayaraq, xalq cinayət və narkotik təşkilatlarından boğaza yığılmış vəziyyətdədir. Artıq bu şəhərin sakinləri üçün hardasa öldürülmüş olaraq tapılan birini görmək adi vəziyyətdir.



9) Sana’a (Yəmən)

Sana’a



Böyük bir siyasi qarışıqlığın olduğu ölkədə hər gün artan şiddət hadisələri narahatlığı daha da artırır. Yəməndə, demək olar ki, hər vətandaş silaha sahibdir. Varlı  ya da kasıb olmasından asılı olmayaraq, hər kişinin mütləq bir xəncəri vardır. Başda ABŞ olmaqla, bir çox ölkə Yəmənə, xüsusilə, Sana’aya getməməklə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Ölkədə mövcud olan Əl Qaidə terror təşkilatı tez-tez sui-qəsdlər və hücumlar təşkil edərək şəhərin tikan üstdə oturmasına səbəb olur.


10) Cape Town ( Cənubi Afrika)

Cape Town



Dünyanın ən çox turist cəlb edən şəhərlərindən biri olan Cape Town cinayətlərin və oğurluq hallarının yüksək səviyyədə olması səbəbiylə ən təklükəli şəhərlərdən biri sayılır. Varlı bir şəhər olmasına baxmayaraq, gəlirlərin paylaşdırılmasındakı bərabərsizlik  xüsusilə şəhərdəki zənci əhalini cinayətə sövq edir. Mənşələri Avropaya söykənən ağ əhali şəhərin ən lüks bölgələrində ,yerli xalqın böyük bir qismi  isə xəstəliyin və çirkabın ən çox yayıldığı komaya bənzər yerlərdə yaşayır. Hətta bu bölgələrin çoxunda elektrik və su kimi zəruri ehtiyacların olmadığı yerlər də var. Oğurluq, cinayət, adam oğurluğu və təcavüz kimi halların yüksək olduğu bu şəhərdə xüsusilə,  gecələr qadınlar üçün olduqca təhlükəlidir.