Dünyada bir sıra hava limanları var ki, onların inşası sırf zərurətdən doğub.
İnsan övladının ana təbiətə qarşı çıxaraq, rahatlığı üçün inanılmaz ərazilərdə tikdiyi hava limanlarını təqdim edir. Ən peşəkar pilotların qorxulu yuxusuna çevrilən 12 ekstremal aeroportlar bunlardır:
1.Culiyana
1. Sent Martin adasının Hollandiyaya aid hissəsində yerləşən Şahzadə Culiyana Hava limanı şəhər çimərliyinə çox yaxın məsafədə yerləşir. Bura istirahətə gələn insanların bir neçə metrliyindən keçən təyyarələr heç kimi narahat etmir. Aeroportda bu günə qədər heç vaxt qəza baş verməyib.
2.Korveçel
2. Fransanın dağ kurort zonasında yerləşən Korçevel hava limanı isə Alp dağlarında yerləşir. İl boyu qarla örtülü olan eniş zolağı 18,5 dərəcə meyillidir. Dünyanın ən qısa eniş zolağına malik aeroport pilotlara əsl cəhənnəmi xatırladır.
3.Agatti
3. Hindistandakı Agatti Hava limanı isə Hind okeanında yerləşir. Dörd yanı su ilə əhatə olunan aeroporta pilotlar öz aralarında “ölüm zolağı” adı veriblər.
4.Tak
4. 1998-ci ildə bağlanana qədər Honq-Konqda fəaliyyət göstərən Kai Tak aeroportu dünyada pilotlar üçün ən çətin eniş-qalxış zolağı hesab edilirdi.
5.Cəbə tarik
5. 1939-cu ildə inşa olunan CəbəTarik li-hava limanını ingilislər ərsəyə gətirib. Böyük Britaniyaya məxsus aeroport Cəbəli-Tarik boğazında yerləşir. Şəhərdən 500 m aralı olan eniş zolağı ana küçənin tən ortasını yarıb keçir. Hər dəfə hava limanına təyyarə enəndə işıqforlar qırmızı işığı göstərir. Hər gün orta hesabla yeddi təyyarənin endiyi aeroporta görə şəhərdə nəqliyyatın hərəkəti iki saat dayanmalı olur.
6. Yurausquin
6. Karib dənizində yerləşən Xuansio E. Yurausquin hava limanı Saba adasınında yeganədir. 13 kv. km ərazisi olan aeroport adanın böyük hissəsini tutur. Başlanğıcı və sonu dənizə bağlı olan eniş zolağına ancaq ən təcrübəli pilotlar eniş edə bilir.
7.Madeyra
7. Portuqaliyadakı Madeyra hava limanı isə dünyada ən qısa eniş zolağına malikdir. Buna görə də, 1977-ci ildə baş verən qəzada 131 nəfər həyatını itirib. Bu qəzadan sonra zolaqlar bir qədər uzadılıb. Lakin okean və dağ silsilələrindən gələn güclü hava axını buranı çox təhlükəli edir. Pilotlar Atlantik okeanına düşməmək üçün eniş zamanı son anda sağa qəfil dönüş edirlər.
8.Kansay
8. Yaponiyanın Kansay hava limanı Osaka körfəzində yerləşir. 4 km uzunluğu, 2,5 km eni olan aeroportu 10 min işçi, 80 gəmi ilə daşınan 21 milyon kub metr torpaqla inşa ediblər. Süni adada yaradılan Kansay memarlıq və mühəndislik möcüzəsi hesab edilir. 1100 hektar üzərində qurulan aeroport Kobe zəlzələsi və saysız-hesabsız sunamilərə sinə gərib.
9.Svalbard
9. Şimal Buzlu Okeanında yerləşən Svalbard dünyanın ən şimal nöqtəsində inşa edilib. İdarəetmə mərkzəi kimi də fəaliyyət göstərən aeroport süni qar və buz istifadə edilməklə yaradılıb. 1975-ci ildə tikilən Svalbardın əriməməsi üçün xüsusi soyutma sistemləri mövcuddur.
10.Tenzinq-Hillari
10. Nepalın Lukla şəhərində Tenzinq–Hillari Havalimanı dəniz səviyyəsindən 2 900 metr yüksəklikdə yerləşir. Eniş zolağının bir tərəfi dağlar, digər tərəfi isə uçurumla əhatə olunub. Everest dağına çıxmaq istəyən alpinistlər burdan yola çıxırlar.