PAYLAŞ

Xoşbəxt insanlar

Dünyada xoşbəxtlik səviyyəsi mövzusunda nə qədər çox araşdırma aparılırsa, Danimarka, Norveç və İsveç bütün reytinqlərin önündə gəlir.

Əlbəttə, bunun əsas səbəbi kimi həmin ölkələrdə yaşayış səviyyəsinin çox yüksək olmasını göstərmək düzgündür. Lakin skandinavlara xas bir neçə xüsusiyyət də var ki, bu ölkələrin insanlarının xoşbəxtliyinə birbaşa təsir edir. Bir sözlə, onları birləşdirən bir neçə xoş xüsusiyyət mövcuddur. Bu gün sizə məhz həmin xüsusiyyətlərdən yazacağıq.

1.SADƏLİK VƏ BAŞQALARINA QARŞI HÖRMƏT HİSSİ
Dünyanın ən xoşbəxt insanları

Skandinaviya ölkələrində Yante adlanan qanun var – bu qaydalar insanlar arasında olan münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Bu qaydalara əsasən, insan özünü heç vaxt digərlərindən ağıllı hesab edib, təvazökarlıqdan əl çəkməməli, başqalarını alçaltmamalıdır. Skandinavlar özləri bəzən bu qanuna gülsələr də, əslində bu qaydalar onların cəmiyyətində dostyana atmosferin yaranmasına, sülh içində yaşamalarına çox böyük kömək edir. Bundan əlavə, bu qaydalar insanları boş lovğalıqdan da qoruyur.

2.İŞ VƏ ŞƏXSİ HƏYATIN BALANSI
Dünyanın ən xoşbəxt insanları

Skandinavlar çox yaxşı bilir ki, həm ailəyə, həm də işə kifayət qədər vaxt ayırmaq lazımdır. Danimarkada bir çox ofislər artıq saat 5-də bağlanır və heç kim artıq iş görməyə məcbur edilmir. Həftəsonu işə çıxmaq barədə isə ümumiyyətlə söhbət gedə bilməz. Norveçdə isə bu yaxınlarda 6 saatlıq iş günü qüvvəyə mindi. Bu cür olduqda, həm effektivlik azalmır, həm də insanlar öz ailələri ətrafında xoş vaxt keçirmək üçün vaxt tapır.

3.DOĞMA OCAĞIN İSTİLİYİ
Dünyanın ən xoşbəxt insanları

Danimarkalıların “hygge” deyə çox maraqlı bir sözləri var – bu sözün mənası doğma ocağın, evin rahatlığı ilə yanaşı, həm də yaxınlarınla ünsiyyətdən yaranan istilikdir. Bu, bəzən şam işığında və ya kaminin yanında ailənin yığışması, şirin-şirin söhbətləşməsi anlarında baş verir. “Hygge” – rahatlıq, dəstək və yaxınlarının diqqətidir.

4.REAL İSTƏKLƏR
Dünyanın ən xoşbəxt insanları

Malin Rudal “Danimarkalı kimi xoşbəxt olmaq” kitabında öz xalqının xoşbəxtlik sirrini paylaşır. Burada əsas olaraq, insanın istəklərinin reallığa uyğun olması, ambisiyalarının düzgün formalaşdırılmasını göstərir. Düşündükdə özünüz də əmin olacaqsınız ki, bir çox hallarda öz istəklərinizdə reallıqdan kənara çıxdığınız üçün məyus olmusunuz.