Dünyanın ən azad ölkəsi haradır?
Bhutana gedən turist və səyyahların qeydlərindən belə başa düşülür ki, bura dünyada qalan “son cənnət”dir.
Şərqi Himalaylarda yerləşən kiçik, lakin əvəzsiz bir ölkədir. Yerli əhali Bhutanın saf təbiətini və mədəniyyətini qorumaq üçün əlindən gələni edib. Din və siyasət sahəsində azad olan ölkə insanların hüzurlu yaşaması üçün olduqca əlverlişlidir. Gəlin, bu ölkədəki maraqlı 10 faktla tanış olaq ?
1.Bhutan otellərində səndən bəxşiş gözləyən otel personalı görməzsən, çünki onlarda belə bir adət yoxdur.
2.Bura 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olanadək turist qəbul etməyən, qapalı ölkə olub.
3.Paytaxt Thimpin heç bir nöqtəsində işıqfor yoxdur. Piyada və avtomobillərə yol polisi nəzarət edir.
4.Bhutan dünyada ən pis futbol oynayan iki ölkədən biridir.
5. Qadın haqqlarına olduqca önəm verilən ölkədə ailə mirasları qız övladlarına verilir.
6.Şimali Bhutanda adlar qadın kişi ayrımı olmadan hər iki cins üçün istifadə olunur.
7.Ölkənin 70 faizi meşə ötüyündən ibarətdir və bu faizin 60-a endirilməsi qanunən qadağandır.
8.5500 m yüksəklikdə dağlarla əhatənən dərin bir dərə içərisində yerləşən Paro Havalimanı dünyanın ən təhlükəli 10 havalimanlarından biridir. Buraya cəmi 25 pilot eniş edə bilir.
9.Təbiətinin və mədəniyyətinin korlanmaması üçün ölkəyə turist girişi məhdudiyyəti var. “Son cənnət”i görmək üçün ancaq müəyyən turlarla Bhutana səfər etmək mümkündür.