Ev Turizm Xəbərləri Dünyanın ən bahalı təyyarələri

Dünyanın ən bahalı təyyarələri

Təyyarə

Bahalı şəxsi təyyarələrə sahib olmaq hər varlı insan üçün belə əlçatan  deyil. Son statistikalar xəbər verir ki, yarım milyaderlərin sayı artdığı kimi, təyyarə sahiblərinin də sayı  artır.  Gezmeli.az TravelNews istinadən dünyanın  ən bahalı özəl təyyarələrinin ilk beşliyini təqdim edir.

5-ci yer- Boeing 757, $100,000 milyon

Bu təyyarənin sahibi Donald Tramp-dır. Reaktiv təyyarə Rolls Royce mühərrikləri ilə təchiz edilib və hər oturacaq üçün fərdi televizor ekranı, 1000-dən çox film, kitabxana, kinoteatr sistemi daxil olmaqla bütün son elektron avadanlıqlarına malikdir. Təyyarənin təhlükəsizlik kəmərləri 24 karatlıq qızıldan düzəldilib. Əlavə rahatlıq üçün kabinədəki divanlar çarpayıya çevrilir.

4-cü yer- Boeing 787-8 BBJ, $300 milyon

“Dreamliner” də adlandırılan Boeing 787-8 300-dən çox sərnişini daşıma gücünə malikdir. 2016-cı ildə bu təyyarələrdən birini Çinin HNA Group-u almışdır. Onlar daha 100 milyon dollar xərcləyərək təyyarəni lüks özəl versiyaya çevirmişdilər.

3-cü yer- Boeing 747-8 VIP, $367 milyon

İndiyə qədər qurulmuş uzun və ikinci ən böyük, çox satılan Boeing modellərindən biridir. Qeyd etmək lazımdır ki, bu təyyarənin qiymətinə,  satın aldıqdan sonra quraşdıra biləcəyiniz lüks əlavələr daxil deyil. Təyyarənin interyerində Greenpoint texnologiyasından istifadə olunub. Bu modelə iki salon, yemək otağı, kabinet, geniş ofis və müasir konfrans zalı daxildir.

2-ci yer- Airbus 380, $500 milyon

Dünyanın ən böyük xüsusi təyyarəsi olan Airbus 380, Səudiyyə şahzadəsi Alvalida bin Talal Al Saud tərəfindən seçilən reaktivdir. Ən bahalı təyyarələrdən biri olan iki mərtəbəli təyyarə hazırda təqribən 432,6 milyon dollar dəyərindədir. A380 əvvəlcə kommersiya təyyarəsi kimi təqdim olunsa da, satıcılar  A380-ləri lüks və bahalı özəl təyyarələrə çeviriblər.

2013-cü ildə mediada yayılan məlumatlara, Forbes jurnalına görə dünyada 29-cu yeri tutan şahzadə Alvalida bin Talal Al Saud , Airbus A380-i anonim bir alıcıya satdı və əldə etdiyi gəlirdən Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki sərmayələrini genişləndirmək üçün istifadə edib.

 1-ci yer- Airbus A340-300, $350-$500 milyon

Airbus 340-300 Rusiyanın ən varlı iş adamlaından biri Alişer Usmanova məxsusdur. Bu təyyarə dünyanın ən bahalı, özəl təyyarələri siyahısında birinci yerdədir. Konfiqurasiyasına görə 300-dən çox sənişin  qəbul edə bilər, saatda 567 mil sürətinə malikdir. Şəxsi təyyarə dörd mühərrikə və dünyanın hər bir nöqtəsinə uça bilər. İnteryer haqqında heç bir məlumat olmasa da, təyyarə Prezident Vladimir Putinin İl-96-ı kimi VİP əlavələri ilə geniş modernləşmədən keçib.