Ev Turizm Xəbərləri AZAL Havanadan Bakıya xüsusi reys yerinə yetirdi

AZAL Havanadan Bakıya xüsusi reys yerinə yetirdi

Havana

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilmişdir.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, bu uçuş “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı “Boeing 787” tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km. təşkil edib.