Ev Turizm Xəbərləri Ekspert: “Ölkəmizin turizm sektorunda tənəzzülün yaşandığı görünür

Ekspert: “Ölkəmizin turizm sektorunda tənəzzülün yaşandığı görünür

Azər Allahverənov

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur.

“Azərbaycanda pandemiya şəraitində tuzim sektorunun qorunması məsələsi aktual olaraq qalır”. Gezmeli.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

Ekspert bildirib ki, pandemiya iqtisadiyyatın bir çox sahələrinə təsir göstərib, ancaq ən böyük mənfi təsirlə turizm sektoru üzləşib: “Ölkəmizdə bu sahədə tənəzzülün yaşandığı görünür. Bununla bağlı Azərbaycan hökuməti vacib addımlar atmaq niyyətindədir. Birinci mərhələdə daxili turizmin potensialının artırılması nəzərdə tutulur. İkinci mərhələdə isə diqqət xarici turizmə yönəlməlidir. Bura həm gəlmə, həm də getmə turizmi ilə bağlı məsələlərin həlli daxildir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb.