Yenicə yayımlanmış “HBO”nun “Çernobıl” serialı turistləri Ukraynanın şimalında yerləşən Pripyat şəhərinə səyahət etməyə ilhamlandırdı. Beş epizodluq mini-serial 1986-cı ilin aprelində baş vermiş nüvə qəzasını əks etdirir. Çernobılda reaktor partlayan zaman qərbi Avropaya və Sovet İttifaqı ölkələrinə radioaktiv maddənin yayılma təhlükəsi yarandı. Serialda hadisə baş verən zaman şəhərə və ətraf mühitə dəymiş zərər, ikinci partlayışın baş vermə təhlükəsi zamanı gedən proseslər yer alır. Çernobılda insanlar öz həyatlarını təhlükəyə atdılar və onların kimyəvi zəhərlənməsi ölümlə nəticələndi.
Partlayışdan sonra Pripyat sakinləri evakuasiya olundular və bu gün şəhər kabus məskəninixatırladır, amma ötən il 70 000 turist tərəfindən şəhər ziyarət olunmuşdur. Bura 1970-ci illərdə nüvə kompleksi işçiləri üçün inşa edilmişdir və serialın nümayişindən sonra şəhərdə tura rezervasiyaların sayı 40% artdı.
Qara turizm turizmin inkişaf edən bir istiqaməti olduğundan bu nəticə əslində o qədər də təəccübləndirici deyil. Partlamış keçmiş nüvə reaktorunun 30 km-nə qədər turistlərin yaxınlaşması mümkündür. Gündəlik ekskursiyalar üçün onlayn saytdan qeydiyyat mümkündür, amma hələ də Pripyatda radiasiya səviyyəsi normadan yüksəkdir. Turopetorlar bildirir ki, qısamüddətli səyahət üçün bura təhlükəsizdir.
Çernobıla getmək istəyənlərin səyahəti Kiyevdən başlayır, partlayış zonası Ukraynanın paytaxtından şimalda, 2 saatlıq məsafədə yerləşir.
Saytlarda Çernobıl şəhərində qonaq evlərində bir gecə keçirmək seçimi və daha çox diqqət çəkən məkanı ziyarət etmək imkanı yaradan uzunmüddətli turlar da vardır.