Ev Turizm Xəbərləri Pulsuz səyahət etməyin 8 yolu

Pulsuz səyahət etməyin 8 yolu

Səyahət

Yox, başlıq sizi sayta cəlb etmək üçün deyildi. Doğrudan, boş ciblə səyahət etmək mümkündür. Mark Tvenin də dediyi kimi, 20 il sonra etdikləriniz üçün deyil, etmədikləriniz üçün peşman olacaqsınız. Xəyallarınızı ertələməyin, əlinizdəki işi kənara qoyun və səyahət etmək istədiyiniz ölkələrin siyahısını tutmağa başlayın!

1. Couchsurfing

Couchsurfing

Couchsurfing – az vəsaitlə müxtəlif ölkələrə səyahət etmək istəyənlər üçün yaradılmış nəhəng şəbəkədir.  Artıq 3 milyon insan və 246 ölkə bu şəbəkəyə daxil olmuşdur. Couchsurfing tam olaraq nədir? Səyahət etmək istədiyiniz ölkəni seçirsiniz, ölkəyə çatdığınız zaman sizi həmin ölkənin sakinləri qarşılayır və evində qonaq edir. Bundan əlavə, onlar sizə ölkənin tarixi abidələri və gəzməli məkanlarını kəşf etməyə kömək edir. Beləliklə, siz həm səyahət edir, həm də yeni dostlar qazanırsınız. Layihənin əsas şərti isə ölkə sakinlərinin bütün bunları tamamilə ödənişsiz etmələridir.

2. Turtle Teams

Turtle Teams

Karib dənizi, Atlantik okean və ya Sakit okeana səyahət etmək istəyir və tısbağaları sevirsinizsə çamadanınızı yığın! Turtles Team-ə qoşularaq dünyanın müxtəlif bölgələrindən gəlmiş insanlarla birlikdə dəniz tısbağalarının azalması ilə mübarizə apara bilərsiniz.

3. Conservation Volunteers

Conservation Volunteers

Səyahət etməklə yanaşı təbiəti qorumağa yönəlmiş bir təşkilat daha. Ekoturizmin inkişafı məqsədi ilə yaradılmış təşkilat Avstriya, Yeni Zelandiya, Yaponiya və ABŞ-da aktivdir.

4. Sudan Volunteer Programme

Sudan Volunteer Programme

Artıq 22 yaşınız olub və ingilis dili biliyiniz varsa, bu layihə tam sizə görədir. Layihəyə qoşulan könüllülərin fəaliyyəti Sudanda uşaq və yeniyetmələrə inglis dili dərsi keçməkdən ibarətdir. Bununla bərabər onlar ekzotik ölkəni kəşf edir və təşəkkür əlaməti olaraq əmək haqqı da alır.

5. Help Exchange

Help Exchange

Əkib becərmək, 4 ayaqlı dostlarımızın qayğısına qalmaq, ev tikmək, qayıq idarə etmək kimi fəaliyyətlərə marağınız var? Bu layihə tam olaraq bunlarla bağlıdır. Bəlkə də, sevdiyiniz ölkədə sizin köməyinizə ehtiyacı olan insanlar var. Köməyinizə qarşılıq olaraq onlar sizə evlərinin qapısını açacaq və isti yeməklə təmin edəcək.

6. Peace Corps

Peace Corps

İstədiyi ölkədə yaşayış hüququ almaq istəyən insanlar üçün unikal təşkilat! Bu təşkilat sayəsində istədiyiniz ölkədə yaşayış hüququ və karyera qurmaq şansını qazana bilərsiniz. Burada əldə edəcəyiniz təcrübə isə sizə hələ çox lazım olacaq!

7. United Nations Volunteers

United Nations Volunteers

Hər kəsə tanış olan BMT-nin könüllüsü olduqdan sonra müxtəlif ölkələrə səyahət edərək, insanlara yardım əlinizi uzada bilərsiniz.  Bundan əlavə, daimi iş qazanmaq şansınız da olacaq. 

8. WOOF

Bu təşkilata qoşulduqdan sonra müxtəlif ölkələrin fermerlərinə gün ərzində cəmi 6 saat kömək etməklə səyahət edə bilərsiniz. Yaşayış və qidanızı Fermerlər təmin edir. Təşkilat Avstraliyadan tutmuş Avropaya dək 53 ölkədə aktivdir. Havay və Tayvan adaları kimi ekzotik məkanlar da daxildir.