PAYLAŞ
Elmar Məmmədyarov hindistanlı həmkarı ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər naziri Dr. Subrahmanyam Caişankar ilə görüşüb.

XİN-dən “Report”a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub. 

Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

E.Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında Hindistanlı həmkarına məlumat verərək bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd edib.

Tərəflər həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakını məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edilib.