Ev Turizm Xəbərləri “Etihad” Əbu-Dabini tibbi turizm mərkəzinə çevirmək niyyətindədir

“Etihad” Əbu-Dabini tibbi turizm mərkəzinə çevirmək niyyətindədir

turizm

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı olan “Etihad Airways” və Əbu-Dabidəki Klivlend Klinikası saziş imzalayıblar. Sazişə əsasən, iki təşkilat Əbu-Dabiyə əsas tibbi turizm istiqaməti qismində birgə promouterlik edəcəklər.

Saziş çərçivəsində “Etihad” bütün dünya üzrə əsas bazarları xüsusi turpaketlərlə təmin edəcək. Buraya reyslərin bronlanması, otellərdə qalmaq və 40 ixtisas üzrə həkimlərin xidmətini təklif edən Əbu-Dabidəki Klivlend Klinikasında tibbi xidmət üçün vahid həll daxildir.

Etihad Aviation Group” şirkətlər qrupunun baş icraçı direktoru Toni Duqlas deyib: “Müalicəyə ehtiyacı olan səyahətçilərə xüsusi xidmətlər, o cümlədən personalımız tərəfindən göyərtədə qulluq təklif edən aviaşirkət üçün belə nüfuzlu təchizatçı ilə əməkdaşlıq təbii inkişafdır, tibbi xidmətlərin daxil olduğu mövcud turpaketi əldə etməyi arzulayan müsafirlərimizə daha çox seçim təklif etməyə yönləndirilib. Əbu-Dabi tibbi xidmətin bundan sonrakı inkişafına şərait yaradan əhəmiyyətli sərmayələr alıb. Biz dünya səviyyəli tibbi xidmətlərin daha əlçatan edilməsi işində fəxrlə iştirak edirik”.

Tibbi turizm sahəsində əməkdaşlıq bu ilin əvvəlində Əbu-Dabinin Səhiyyə Departamenti ilə Mədəniyyət və Turizm Departamenti tərəfindən elan edildiyi kimi, bu sahədə aparıcı mərkəz olması üçün Əbu-Dabinin daha irimiqyaslı strategiyasına hər iki şirkət tərəfindən dəstəyin bir hissəsidir.

Əbu-Dabidəki Klivlend Klinikasının baş icraçı direktoru doktor Rakeş Suri deyib: “Biz “Etihad Airways”lə bu sazişi bağlamağa çox şadıq. Klivlend Klinikası ilə “Etihad Airways”in əməkdaşlığı bizim pasiyentlər və onların ailələri üçün xidmətlərimizi daha əlçatan edəcək”.

Dünyanın hər yerinə uçan 108 təyyarədən ibarət parka malik “Etihad Airways” Əbu-Dabidəki Klivlend Klinikası kompleksini yeni bazarlarla birləşdirəcək, tibbi turizmin qlobal mərkəzi kimi Əbu-Dabinin nüfuzunu möhkəmləndirəcək.

Klivlend Klinikasının beynəlmiləl komandası öz pasiyentlərinə qüsursuz praktika təqdim edəcəklər. Pasiyentin klinikada fəaliyyət göstərən nümayəndəsi sizi bütün səyahət boyunca yönləndirəcək və məsləhət verəcək, mənzilbaşına çatdıqda qarşılayacaq və tərcüməçi xidməti təklif edəcək.

2018-ci ildə Əbu-Dabidəki Klivlend Klinikası 93 ölkədən 1380 pasiyent qəbul edib. Gözəl kompleksdə yerləşən klinika regionun daha ağır xəstələrini qəbul edərək onlara intensiv müalicə xidmətləri göstərir. 2015-ci ildə açılan klinikada xeyli əməliyyatlar – BƏƏ-də ilk dəfə həyata keçirilən ürək, qaraciyər, ağciyər köçürülməsi əməliyyatları aparılıb. 2019-cu ildə klinika çərçivəsində çox gözəl onkoloji mərkəz yaradılıb. BƏƏ-də onkoloji xəstəliklərin müalicəsi üçün mərkəzdə inteqrasiyalı və dəyişikliklərə hazır yanaşmadan istifadə olunur.