Qəbələ və Naxçıvan uçuşları
“Etihad Airways” aviaşirkəti Qəbələ və Naxçıvana aviareyslər açmaqla, Azərbaycana uçuş coğrafiyasını genişləndirə bilər.
Gezmeli.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
![](https://gezmeli.az/wp-content/uploads/2018/03/teyyare_2384776.jpg)
Xatırladaq ki, Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları – AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən, ötən gün “Etihad Airways” aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib.
![](https://gezmeli.az/wp-content/uploads/2018/03/teyyare-samalyot-aeraport-teyyare.jpg)
N.Bağırov qeyd edib ki, aviareysin açılması BƏƏ və digər ərəb ölkələrindən turist axınına müsbət təsir göstərəcək.
Uçuşlar hər həftə – çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.