Ev Turizm Xəbərləri Florian Zenqstşmid: Turistlərin Azərbaycan haqqında daha çox məlumatlı olmasına çalışmalıyıq

Florian Zenqstşmid: Turistlərin Azərbaycan haqqında daha çox məlumatlı olmasına çalışmalıyıq

Florian Zenqstşmid

Yola saldığımız ildə Azərbaycana rekord sayda – 3.2 milyon nəfərə yaxın turist gəlib. Bu da 11.4 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Experience Azerbaijan” jurnalının təqdimat mərasimində deyib.

“Biz artıq marketinq strategiyalarımızda yeni yollar tapmalıyıq və başa düşməliyik ki, turistlər daha etibarlı, qeyri-kommersiya orqanlarını seçirlər. Bu il Qazaxıstan, Ukrayna, Cənubi Koreya Respublikası və Yaponiyada yeni nümayəndəliklərimizi açmağı düşünürük. Bu strategiya ilə yanaşı, turistlər üçün yeni broşürlər, materiallar dərc olunmalıdır ki, onlar Azərbaycan haqqında daha çox məlumatlı olsunlar. “Experience Azerbaijan” jurnalı tamamilə Azərbaycan məhsuludur. Əgər kiminsə deyəcək sözü varsa, o zaman biz onunla əməkdaşlıq etməyə hazırıq. Jurnal bütün dünya üzrə yayımlanır və son səhifədəki QR kod vasitəsilə nəşrdəki məqalələrlə tanış olmaq olar”, – deyə F.Zenqstşmid bildirib.