PAYLAŞ
Flydubai

2019-cu ildə Dubayın “flydubai” aviaşirkəti öz tarixində mühüm bir hadisəni qeyd edib: 2009-cu ildə uçuşlar başlayandan bəri bu şirkət 70 milyondan çox sərnişinə xidmət edib. Daşıyıcı bu müddətdə dünyanın 48 ölkəsində 90-dan çox istiqaməti, o cümlədən Dubaydan Azərbaycana birbaşa reysləri də əhatə edən şəbəkə yaradıb.

Xatırladaq ki, “flydubai” aviaşirkətinin ilk reysi 2009-cu il iyunun 1-də Dubay Beynəlxalq Aeroportundan Beyrutdakı Rəfiq Həriri adına Beynəlxalq Aeroporta uçuş olub.

flydubai” aviaşirkətinin Direktorlar Şurasının sədri Şeyx Əhməd bin Səid Al Maktum uçuşların onilliyini şərh edərək deyib: “flydubai” aviaşirkəti yeni bazarlar açmaq və daha çox sayda insan üçün səyahətləri daha əlçatan etmək üçün yaradılıb. Fərəhlə qeyd etməliyəm ki, “flydubai” bu öhdəliyini yerinə yetirir. Aviaşirkət 70-dən çox şəhərə birbaşa reyslər yerinə yetirir. Əvvəllər Dubay ilə həmin şəhərlər arasında birbaşa aviasiya əlaqəsi yox idi və ya yetərincə inkişaf etməmişdi. Beləliklə, “flydubai” aviaşirkəti 2,5 milyard insan üçün dünyada ən iri aviasiya qovşaqlarından biri olan Dubayın vasitəsilə rahat səyahət etmək imkanı yaradır”.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal aviadaşımalar bazarının lideridir. Aviasiya bütövlükdə yerli iqtisadiyyat üçün əsas təkanverici vasitələrdən birinə çevrilib. BƏƏ-nin İqtisadiyyat naziri Sultan bin Səid Al Mansuri bu məqamı vurğulayıb. Aviasiya sahəsinin inkişafı ticarət, investisiyalar və turizm üçün əlverişli mühit yaratmağa kömək edir. O deyib: “Milli daşıyıcıların uğurları dünya aviasiyasında BƏƏ-nin aparıcı mövqeyinin daha da möhkəmlənməsinə xeyli kömək edib. “flydubai” aviasiya sahəsinin mühüm tərkib hissəsidir. Aviaşirkət yaradılmasının 10-cu ildönümünü qeyd edir. Bu müddətdə sərnişinlərə səyahətlərin müxtəlif variantlarını və münasib şərtlərini təklif etməklə rəqabətə davam gətirə bilib. Regionda ticarət və turizm potensialını artırmaqla, iqtisadi inkişafı dəstəkləyən “flydubai” BƏƏ-nin bir sıra mühüm bazarlarla əlaqələrinin möhkəmlənməsində aparıcı rol oynamaqda davam edir.

Məlumdur ki, “flydubai” aviaşirkəti 2009-cu ildə fəaliyyətə başlayanda onun cəmi altı təyyarəsi vardı. Bu təyyarələr Dubay Beynəlxalq Aeroportunun ikinci terminalından reyslər yerinə yetirirdi. Hazırda aviaşirkətin parkında 59 təyyarə var. Aviaşirkət 10 il ərzində 600 mindən çox uçuş yerinə yetirib. Hazırda şirkətin təyyarələri Dubay Beynəlxalq Aeroportunun ikinci və üçüncü terminallarından Afrikaya (6 istiqamət), Mərkəzi Asiya və Qafqaza (10 istiqamət), Avropaya (28 istiqamət), Hindistan subkontinenti ölkələrinə (18 istiqamət) reyslər yerinə yetirir. Bu il dekabrın 10-dan etibarən “flydubai” aviaşirkəti Yanqona (Myanma) və Krabi əyalətinə (Tailand) yeni reyslər açaraq Cənub-Şərqi Asiya bazarına çıxacaq.

2009-cu ildə uçuşlar başlayandan bəri aviaşirkətin həyatında bir sıra mühüm mərhələlər qeyd edilib: 2010-cu ildə təyyarədə əyləncə sistemi, 2013-cü ildə biznes-klass tətbiq edilib, 2013-cü və 2017-ci illərdə təyyarələr üçün üç iri sifariş yerinə yetirilib, 2017-ci ildə “Emirates” aviaşirkəti ilə tərəfdaşlığın genişlənməsi elan edilib. “flydubai” son illərdə sərnişin daşımalarından əlavə öz biznes fəaliyyətini şaxələndirib, yükdaşımalar istiqaməti açılıb, hazır turların bronlanması üzrə “Holidays by flydubai” servisini yaradıb.

Azərbaycan BƏƏ-dən və digər Körfəz ölkələrindən olan turistlər arasında çox populyardır. “flydubai” demək olar ki, gündə 2-4 dəfə Dubaydan Bakıya və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Uçuş cədvəlini və biletlərin qiymətini öyrənmək, habelə reysi bronlamaq üçün aviaşirkətin saytına və ya mobil proqram əlavəsinə müraciət edə bilərsiniz.