Ev Turizm Xəbərləri Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 və “EURO 2020”

2020-ci ildə Bakıda reallaşacaq Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının və “EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə görüş keçirilib. Birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması üçün çalışacaqlar. Qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.

Görüş çərçivəsində təkcə Bakı iştirak etmiyib. Regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması əsas məsələlərdən hesab olunub. Eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.