Ev Turizm Xəbərləri Fransa uçuşları ləğv edir

Fransa uçuşları ləğv edir

Fransa

Fransa Milli Hava Naviqasiyası yüzlərlə uçuşu ləğv edəcək.

İndependent–in verdiyi məlumata görə, Fransanın Milli Hava Naviqasiyasının işçilərinin tətili səbəbindən yüzlərlə uçuş ləğv ediləcək, bəzilərinin isə tarixi dəyişdiriləcək.

Milli Hava Naviqasiyasının təhçizatçıları və mühəndislər 8 May çərşənbə günü saat 19: 00-dan  cümə günü saat 7:00 radələrinə qədər işlərini dayandıracaqlar.

35 saatlıq tətil prezident Emmanuel Makronun onların iş şərtlərinin dəyişdirilməsinə qarşı etirazdır.

Çox sayda tranzit reyslərin Fransadan keçdiyinə görə yaranacaq gecikmələr və uçuşların ləğvləri qaçılmazdır.

Fransa hakimiyyət orqanları ölkə ərazisində enişlərin və uçuşların çətinləşəcəyi və servisin keyfiyyətinin 50%-dək aşağı düşəcəyini bildirib.