FƏRQLİ MƏDƏNİYYƏTLƏRİN MƏRKƏZİ
Kipr Respublikası
(yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) – Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Liviyanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası.
Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur. Adanın əhalisinin əksəriyyətini yunanlar və türklər təşkil edir. Ölkənin iki rəsmi dili var — yunan və türk.
KİPR TƏBİƏTİ
Kipr füsunkar təbiətə malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur. Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülmüşdür. Şimalda Kireniya ( hünd. 1000 m.) dağları uzanır. Bu dağlar çöküntü mənşəli suxurlardan, əhəng və qum daşlarından ibarətdir. Dağlar sahilə doğru maili və sıldırımlıdır. Ancaq bəzi yerlərdə qumlu çimərliklərə də rast gəlinir. Adanın cənub-qərb hissəsində Troodos adlanan daglar yerləşir. Adanın ən hündür zirvəsi də elə burdadır (Olimp dağı 1950 m). Əsasən vulkanik suxurlardan ibarət Troodos dağlarının səthi cavan süxurlarla (əhəng və qum daşları, mergenlər) örtülmüşdür. Dağlar çox da yüksək olmadığı üçün hələ qədim zamanlardan insanlar tərəfindən məskunlaşmışdır. Dağların hamar yamaclarında bağlar, üzümlükdər salınmış, mal-qara üçün otlaq kimi istifadə olunur. Dağlar arasında səthi dərə-təpəli Mesoariya düzənliyi yerləşir. Bu düzənlik ölkənin əsas kənd təsərrüfatı rayonu və Kiprin taxıl anbarı sayılır.
GƏZMƏLİ KİPR
Kiprin bitki örtüyü bir qədər zəngindir. Keçmiş zamanlarda adanın hər tərəfi həmişəyaşıl hündür meşələrlə örtülü olub. Kiprdə tədarük olunan oduncağa isə qonşu ölkələrdə tələbat gündən-günə artırdı. Kipr oduncağı əsas etibarilə Misirə göndərilirdi. Qədim finikiyalılar Kiprdən gətirilən ağaclardan gəmi hazırlayırdılar. Sonralar meşələr qırılır, ağaclardan tikinti materialları, eləcə də yanacaq kimi istifadə edilirdi. Hazırda ada ərazisinin cəmi 15-16 faizi meşələr ilə örtülmüşdür. 500 metrə qədər olan dağların yamacları və düzənliklər həmişəyaşıl kolluqlarla, Kireniya və Karpas dağlarının cənub yamacları isə çöl bitkiləri ilə örtülmüşdür.Troodos dağlarının qərb hissəsində qalmışdır. Dağların yamacları hələb şamı, vələs, şabalıd, yunan qozu, püstə, sərv ağacları ilə örtülüdür. Düzənliklər və sahil bölgələri bağlar, üzümlüklər, sitrus meyvələri və zeytun ağacları ilə örtülüdür. Kiprin torpaqları məhsuldar torpaqlar hesab olunur. Humusun miqdarı çox olan bu torpaqlarda istiliksevən və quraqlığadavamlı bitkilərlə yanaşı mülayim qurşağın bitkiləri də yaxşı yetişir. Kipr öz təbiətinin qorunmasına biganə qalan ölkə deyil. Çünki ölkə iqtisadiyyatında təbii amillərin rolu böyukdur. Amma adanın iki hissəyə bölünməsi, burada gedən çəkişmələr təbiətin mühafizəsini bir qədər arxa plana keçirir.
KİPR İQLİMİ
Ölkənin iqlimi subtropik, Aralıq dənizi tiplidir. Qış ayları rütubətli, mülayim, yay isə quraq və isti keçir. İyun ayının orta temperaturu müsbət 25°, yanvarınkı isə müsbət 12° C-dir. Adaya düşən yağıntıların orta illik miqdarı düzənliklərdə 300-500 mm, dağlarda isə 800-1000 mm-dir. Ölkəyə çox nadir hallarda qar yağır. Yağıntılar əsasən noyabrdan-aprelə qədər düşür. Maydan oktyabra qədər yağıntı, demək olar ki, olmur. Aralıq dənizi hövzəsinin digər ölkələrində olduğu kimi Kiprin də yay ayları isti keçir, oktyabrdan başlayaraq isti havalar azalır. İsti iqlim və Aralıq dənizi iqlimi bütün il ərzində müxtəlif mədəni bitkilərin yetişdirilməsinə şərait yaradır. Kiprdə çimərlik mövsümü 7-8 ay davam edir. Ümumiyyətlə, Kipr xarici turistlərin çox sevdiyi bir yerdir. Çünki burada ilin orta hesabla 280 günü aydın və günəşli keçir. Kipr hökuməti təbiətin bəxş etdiyi bu nemətdən maksimum səviyyədə istifadə edərək ölkədə beynəlxalq dərəcəli onlarca turizm obyektləri-çoxulduzlu mehmanxanalar, yaxşı təchiz olunmuş iaşə müəssisələri və digər istirahət ocaqlarının tikintisinə icazə vermişdir. Dəniz sahillərinə çıxışı olan digər ölkələrdən fərqli olaraq Kiprdə istirahət etmək bir qədər ucuzdur.
GƏZİLƏCƏK KİPR
Kipr adasında faktiki 2 dövlət mövcud olduğundan orada birbirindən o qədər də kəskin fərqlənməyən 2 icmanın iqtisadiyyatından danışmaq lazımdır. Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti sənayesi, bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti yaxşı inkişaf etmişdir. Daxili milli məhsulun həcmi 2004-cü il göstəricilərinə görə bütün ada üçün 14 mlrd. dollardan artıq olub. Bu məhsuldan əhalinin hər nəfərinə orta hesabla 18 min dollar vəsait düşür. Bu rəqəm türklər yaşayan hissədə 6 min dollardan çox deyil, yunanlar yaşayan hissədə isə iki dəfə çoxdur. Adanın yunanlar yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Avropa və Yaxın Şərqlə mövcud olan əlaqələrindən asılıdır və AİT üçün zəruri hesab edilən meyarların əldə edilməsinə yönəldilmişdir. Adanın türklər yaşayan hissəsində yerli hökümətin iqtisadi siyasəti Türkiyə ilə əlaqələrlə bağlıdır. Yunanlar yaşayan hissədə ÜDM-un 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd təsərrüfatının payına düşür. Türklər yaşayan hissədə ÜDM-nun 68 faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının payına düşür.
Kiprdə öz gözəlliyi ilə seçilən ölkələrdəndir.