PAYLAŞ
Telman Məmmodov-Go Travel təsisçi

Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişafında həmişə aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev turizm sektorunun inkişafına daim çalışmışdır. Ölkə başçısının sərgini hər il ziyarət etməsi turizm sahəsində işgüzar münasibətlərə və ümumilikdə, bu sahənin inkişafına əlavə təkan verir.

4-6 aprel tarixlərində 18-ci Azərbaycan Beynəlxalq TurizmSəyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açıb. Hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirib.

AİTF

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim ediblər. Həmçinin Gəzməli də öz stendini 3 gün müddətində ziyarətçilərin üzünə açıb. Gəzməlinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Ziyarət edənlər bu saytın ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayıb. Gəzməlinin redaktoru olaraq üç gün müddətində stenddə dayanıb ziyarətçilərin suallarını cavabladım. Bu sərginin keçirildiyi müddətdə müxtəlif təkliflər, razılıqlar əldə olundu. Sərginin sonunda isə AİTF-in sertifikatı ilə təltif olunduq.

Nərmin Məcidli

Ənənəvi olaraq,sərgidə Belarus, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand Çex Respublikası milli stendlər ilə çıxış edib. Roqaşki Slatina (Sloveniya) regional stendlə təmsil olunub.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib və bu hadisə “AITF” sərgisi çərçivəsində də öz əksini tapıb. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış ediblər.

AITF” sərgisi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.