Ev Gəzməli yerlər Gəziləcək Yerlər Gəzməli yerlər – Quam adası

Gəzməli yerlər – Quam adası

Quam adası

Quam adası, kəşf etmək istəyəcəyiniz gözəl məkandır.

Marian arxipelaqının ən böyük adası olan Quam adasının bütün sahili demək olarki çimərliklərdən ibarətdir. Ritidian, Fay Fay, Tumon və Qan Quam adasının əsas çimərlikləridir və Ritidian çimərliyi ən gözəli hesab edilir.

Quam adası


Qeyd etmək istərdik ki, adanın bir hissəsində ABŞ silahlı qüvvələrinin bazası yerləşmişdir.

Ritidian



Dünyanın ən dərin Marian çökəkliyi adanın cənub qərbində yerləşir.
Maraqlı sual: Dünyanın ən dərin nöqtəsinin adı nədir?

Adamın əsas turistik rayonu Tumon körfəzidir. Buranın necə deyərlər bir suyu Havay adalarının Vaykiki rayonuna bənzəyir. Quam otellərinin ən çoxu Tumon rayonunda yerləşir.

Tumon

Adada tropik iqlim qurşağı müşahidə olunur və il böyü hava 27 – 33 dərəcə temperaturda olur.

Quam adasında olarkən mütləq bunları görməlisiniz:
• Yalnız Marian adalarında rastlanan qədim sirli Latte daşları.

• İspaniya meydanı, Quam Azadlıq heykəli və Çamorrca heykəli
• Two Lover’s Point baxış meydançası
• Quam uğrunda Yapon və Amerika silahlılarının müharibəsi abidəsi
• Quam Akvanariumu
• Lam Lam təpəsi (kökünün Marian çökəkliyindən başladığını nəzərə alsaq dünyanın ən hündür dağı
• Alupanq əyləncə mərkəzi.
• Yerli Çamorro xalqının milli rəqsləri ilə şou proqramlar.