PAYLAŞ

Fəxri fərmana layiq görülən hotel

Azərbaycanın ən müasir və dəbdəbəli hotellərindən biri – “Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülüb.

Hotel

Hotel mümkün 10 baldan 9,4 balla “Mükəmməl” səviyyəsində mövqeyini inamla qoruyur və buna görə “Garabag Resorts&Spa” rəylərini bölüşən qonaqlara öz minnətdarlığını bildirir.

“Hər bir ziyarətçinin hotelimizlə bağlı gözəl təəssüratının yaranması bizim üçün çox vacibdir. Kollektivimiz ən yüksək səviyyədə xidmət göstərməyə çalışır və şadıq ki, “Garabag Resorts&Spa” qonaqlarımızın əksəriyyətinin gözləntilərini doğruldur.

Hotel

Həm “Booking.com”, həm də veb-saytımız vasitəsilə paylaşılan rəylər bunu bir daha vurğulayır”, – “Garabag Resorts&Spa” hotelinin baş meneceri Elçin Zeynalabdin bildirib.

Hotel

Günbəgün daha çox insan internetə müraciət edir və hotelləri bronlaşdırmadan öncə başqa səyahətçilərin rəyləri ilə tanış olur. Çox vaxt məhz bu rəylər əsasında formalaşan qiymətləndirmə yer seçimi barədə qərara öz təsirini göstərir.

Booking.com

“Booking.com” hotellərin onlayn bronlaşdırılması üzrə dünyanın ən böyük resursları sırasına daxildir. Bu veb-saytda bütün rəylər hotel tərəfindən və resursun özü tərəfindən qonağın həmin hoteldə qalmasının təsdiq olunmasından sonra dərc edilir. Bu, daha obyektiv və şəffaf qiymətləndirmə sistemini yaratmağa imkan verib.

Hotel

“Garabag Resorts&Spa” hoteli öz müalicəvi xüsusiyyətləri ilə 600 ildən çoxdur tanınan unikal Naftalan yağı sayəsində dünya şöhrəti qazanmış Naftalan kurort şəhərində yerləşir. Burada ənənəvi və xüsusi prosedurların geniş seçiminin təqdim olunduğu “ENTERA” müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Hotel öz inkişaf etmiş infrastrukturu və müasir rahatlığı ilə qonaqlarına rahat tərtibli otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün bir çox əyləncə təklif edir. “Garabag Resorts&Spa” təkcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli hotel deyil – bu, sağlam həyat tərzi, relaksasiya və dadlı mətbəxin vəhdətidir.